Zumrud Haqverdiyeva

İlk görüşdə hər şeyi məhv edən davranışlar – “SEANS VAXTI”

Baxış sayı: 378

İlk görüşlərdə hər iki tərəf çox vaxt nə edəcəyini bilmir. Çox təbii olmaq və ya özünü çox gizlətmək ola bilər.  Bu səbəbdən nəzarətli şəkildə hərəkət etmək lazımdır. Xüsusilə bəzi hərəkətlər var ki, ilk görüşləri hərşeyi məhv edə bilər.

İlk görüşlər adətən çox həyəcanlı olur. Bu görüş növbəti addımları müəyyən edə bilir. Bu səbəbdən danışıq tərzinizə, rəftarınıza və davranışlarınıza çox diqqət yetirməlisiniz.

 

1) Davamlı özünüzdən danışmayın, qarşı tərəfi də dinləyin

İlk görüşdə danışdığınız mövzular və cümlələr qarşı tərəf üçün böyük əhəmiyyət kəsb edir. İlk görüşdə deyilən heç nə unudulmur. Davamlı olaraq özünüzdən, iş həyatınızdan və ictimai həyatınızdan danışsanız və qarşı tərəfə danışmaq şansı verməsəniz, hər şeyi məhv edə bilərsiniz. Özünüzü davamlı tərifləsəniz, qarşı tərəf sizdən sıxıla və sizi ciddiyə almaya bilər.

 

2) Keçmiş münasibətləriniz danışmaq, hər şeyi məhv edər

İlk dəfə görüşdüyünüz biri ilə yeni münasibətin addımlarını atmaq istəyirsiniz. Bunun üçün söhbət edərkən şəxsi mövzular seçmək və onunla tanış olmağa kömək edəcək şeylər haqqında danışmaq lazımdır. Ancaq ilk görüşdə keçmiş münasibətlərinizi müzakirə etsəniz,  başlamadan bitəcək. Keçmişinizlə yaşadığınız mənfi şeyləri izah etmək qarşı tərəfin sizə olan etibarını qıracaq. Ona aidiyyatı olmayan bu məsələləri dinləmək bezdirici ola bilər.

 

3) Telefonla oynamaq

İlk görüşdə hər kəs bir-birini tanımaq üçün  saatlarla söhbət etmək istəyir. Bəzi insanlar çox məşğul olduqları üçün və ya vərdiş olduğu üçün daim telefonlarına baxırlar. Heç kim daim telefonuna baxan və ilk görüşdə fikrini cəmləyə bilməyən bir insanla birlikdə olmaq istəməz. Telefonla məşğul olmaq qarşı tərəfin özünü əhəmiyyətsiz hiss etməsinə səbəb olur.

 

4) Sosial münasibətlər

İlk dəfə görüşəcəyiniz bir insanla nahar etmək və  gözəl bir yerdə söhbət etmək istəyirsiniz. Lakin, olduğunuz restoran və ya kafedə işçilərə qarşı kobud davransanız, bu, ilk görüşünüzə çox pis təsir edəcək. Sosial əlaqələr ümumiyyətlə insanlar üçün vacibdir. Aqressiv və dözümsüz davranış onda, Sizə qarşı pis təəssürat yaradacaqdır.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin  psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir