usaq

Uşaq yalanlarının psixoloji səbəbləri

Baxış sayı: 1. 555

Uşaqlar müxtəlif səbəblərdən  yalan söyləyə bilərlər .Uşağın yalanı nə vaxt və kimə deməsinə mütləq şəkildə fikir verməliyik.Yalan söyləyən uşağın  neçə yaşında olmasına  da diqqət yetirməliyik.Təbii ki, 3-5 yaş arası uşaq  hadisələri,  gerçəkləri düzgün qavramadığı  üçün gördüklərini daha fərqli şəkildə  anlatır və uydurur. Bu zaman  ata -ana  uşağın olmayan  şeyləri  anlatmasını yalan kimi qəbul edir.Bunun səbəbi isə bununla aydınlaşır ki, 3-5 yaşlı uşağın xəyal dünyası çox genişdir və yalanla, yalan olmayan hadisəni  fərqləndirə  bilmir. Lakin  7  yaşdan   və 11 yaşdan sonra   danışılan  yalanlara   artıq önəm verməliyik.

Uşaqların  söylədikləri yalanların yaşa uyğun qrupları:

1) Söz yalanları 7 yaşdan əvvəl olan yalanlar.Bunlara yalan demək olmaz

2) Vərdiş halına gələn yalanlar. Bu tip yalanlar 7 yaş üstü yaşlarda  daha çox rast gəlinir.  

3) Pataloji yalanlar . Bu yalan növü duyğuların pozğunluğundan  yaranan yalanlardır.

Uşaq yalanlarının müxtəlif səbəbləri var:

1) Ana və atasından yetərli diqqət görməyən uşaq yalan danışar.

2) Cəzalandırılmaqdan qorxan uşaq yalan danışar.

3) Ətrafdakıların diqqətini çəkmək istəyən uşaq yalan danışar.

4) Ətrafında yalan söyləyən şəxslərin olması uşaqda psixoloji dəyişikliklərə səbəb olur və uşaq yalanı daha əyləncəli hala gətirir,danışıqları çox zaman yalandan ibarət olur.

5) Ailəsindən  tərif eşitmək istəyən uşaq yalan danışar.

6) Başqaları ilə müqayisə edilən uşaq daim yalana baş vurar.

7) Uşaq dostlarının rəğbətini qazanmaq və daha çox dostu olması üçün yalan danışar.

8) Əgər uşağın istəkləri gerçəkləşmirsə , o  istəklərinin həyata keçməsi üçün   yalan danışar.

9) Özgüvəni aşağı olan uşaqlar  yalan söyləməyə meyilli olurlar.

10) Valideynlərin yalnış davranışlarına görə uşaq daxilinə  qapanır  ona görə də bəzən həqiqəti deyil  yalan söyləyir.

11) Ailəsinə  bağlı olan uşaqlar onları incitməmək, kədərləndirməmək üçün yalan danışar.

12) Hərəkətləri ailəsi tərəfindən kontrol altına alınan,davranışları  müzakirə edilən  uşaq  səhv etməkdən, cəmiyyətdə alçaldılmaqdan qorxur. Bu vəziyyətdəki uşaqlar ailəsi tərəfindən danlanmaması üçün yalan danışırlar.

Uşağın yalan söyləməsində ailənin rolu böyükdür, çünki uşaq ata ve anasını daim özünə nümunə götürür və buna görə də ata ana gündəlik yaşantısındakı  danışıq tərzinə  və davranışına diqqət yetirməlidirlər. Mütləq şəkildə valideynlər uşaqlara qarşı öz davranışlarına da diqqət yetirməlidirlər ki, uşaqların yalan danışmasına səbəbiyyət verməsinlər.

Ailələr uşağın  yalan söylədiyini anladığında nə etməlidirlər?

Təbii ki,uşağın hər hansı davranış və duyğusunu  hansı qisimdə ortaya çıxartmasının səbəbi çox önəmlidir.Uşaq  yalnız ata anasına yalan söyləyirsə deməli ki , ata və anasından qorxduğu  üçündür. Və bu zaman bu halın baş verməməsinə xüsusi diqqət yetirməliyik.Yəni yalan ortaya çıxdığı zaman sərt reaksiyalar ,şiddət kimi reaksiyalar    vermək düzgün deyil.Bu nöqtələrə diqqət yetirməliyik .Uşağa “gerçəyi söylə” deyə hər hansı bir məcburiyyət etmək düzgün deyil.Bundan başqa uşaqlara tək valideyn yox həmçinin onlara dost olmağı bacarmaq lazımdır. Uşaqlarla elə münasibət qurmaq lazımdır ki,onlar özlərinin istəklərini,çətinliklərini,narahatlıqlarını valideynləri ilə bölüşə bilsinlər. Uşağı dinləmək və həll yollarını özünün tapmasına yardımçı olmaq lazımdır. Doğru söyləmənin  necə düzgün olduğunu öyrədin və ailə içərisində çətin də olsa belə bəzi hadisələri doğru söylədikdə hər hansı bir qorxsunun əsassız olduğunu göstərin.Valideyn yalanı xoş qarşılamaq və ya cəzalandırmaq əvəzinə uşağın doğrunu görməsinə çalışmalıdır.

Ayşən Rza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir