Ruhiyye Rustemova

Həyacan siqnalı: Uşağın Autizm sindromludur – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 324

Bir gün ailə üçün ən dəhşətli həyacan sinqalı çalınır: “Uşağınız Autizm sindromludur” səsləndiyi an valideyn təlaşa düşür. Autizm nədir?! Uşaq sağalacaqmı?! Müalicəsi varmı?! Bəli, emosional gərgin olan valideynin suallarına dərhal cavab vermək mümkün deyil.  Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Ruhiyye R

Autizmli uşaqların müxtəlif xüsusiyyətləri var. Valideyn bu xüsusiyyətləri aşkarladığı an “hələ uşaqdır, böyüyəndə düzələcək” deməməlidir. Mütləq olaraq mütəxəssisə müraciət etməlidir. Autizm sindromlu uşaqlar başqalarına qarşı maraqsız olurlar, göz təmasından qaçırlar, başqaları ilə ünsiyyət qurmurlar və çağırıldıqları zaman reaksiya vermirlər. Digər uşaqlarla oynamırlar, uzun müddətli tək heç kəslə ünsiyyət qurmadan eyni oyunu davamlı oynaya bilirlər. Uzun müddət ərzində eyni mövzu üzərində danışır, mənasız və bəzən səslənməsi anlaşılmaz olan sözləri ardıcıl təkrarlayır,səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir. Əşyaları davamlı olaraq çevirir, taqqıldadır, eyni yerə vururlar, yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər. Olduqları məkanda hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq emosional neqativ reaksiya verirlər, beləliklə hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur. Təhlükə hissinə, ağrıya qarşı laqeyddirlər, səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeydlik göstərirlər və eyni zamanda onlarda exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək) əlamətləri olur. Qucaqlamaq, üzündən öpülmək kimi təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Hər hansı əşayaya bağlanırlar və daim özləri ilə gəzdirirlər, hər hansı ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışırlar. Autizm sindromlu uşaqlarda həddindən artıq hərəkətlilik və ya həddindən artıq hərəkətsizlik müşahidə olunur.

ruhiyye

Autizmi olan uşaqların əsas kliniki əlaməti digər insanlarla ünsiyyətə girməməsidir. Bu uşaqlar ətrafda olan insanları sanki görmürlər. Onların diqqətini yayınmasına kənar şəxsin onlara mane olması səbəb ola bilər. Bu zaman uşaq aqressivləşib və ya laqeyd də ola bilərlər.  Uşaq kollektivlərdə Autizm sindromlu uşaqlar hər zaman tək oynayır, digər uşaqlara fikir vermirlər və yalnız özlərinə maraqlı əşya ilə əlaqədə olurlar.

Autizm sindromu olan uşağın müalicəsində psixo korreksiyalar, həyata bacarıqları, şərti refleksləri yaradılır. Bu zaman hansı qaydalara əməl etmək lazımdır?

1) İklin növbədə təcrübəli psixoloq, nevroloq, psixiatr seçmək vacibdir və həkimi dəyişilməsi yalnız xəstənin vəziyyətinin sürətli inkişafının ləngiməsinə gətirib çıxarda bilər.

2) Autizm sindromlu uşağın müalicəsi yalnız mütəxəssisin deyil, uşağın  böyüdüyü və inkişaf etidyi ailənin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.

3) Autizm xəstəliyi olan uşağın müalicəsi uzun müddətli təkrar reflekslər yaradan təkrarlanan prosedurdur. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı  vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4) Autizm sindromlu uşaqğın günlük rejimini dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir