Ramile Hesenova 4

İçəri girməyə hazırsanmı? - "QIRMIZI OTAQ"

Baxış sayı: 1. 288

Unudulmuş vədələr və arxa plana atılmış həqiqətlər

Qırmızı Otaqda – bu dəfə bir az da irəliləyirik. Çünki bir dəfə o qapını açdınsa, artıq geri dönüş olmur. Artıq utanc da, qorxu da dəyişir – şəfa istəyinə çevrilir.

 

Biz necə böyüdük?

Uşaqlıqdan bizə “bunu demə”, “ora toxunma”, “qız uşağı elə etməz”, “oğlan ağlamaz” kimi ifadələr öyrədildi. Amma heç kim demədi:

“Bədənini sevməyə haqqın var.”

“Sənə toxunan hər kəsin razılığını almağı vacibdir.”

“Sənin həzzin də önəmlidir.”

Bizə cinsəllikdən deyil, susmaqdan danışıldı. Və biz susduq… Susaraq böyüdük.

Zaman keçdikcə öz bədənimizə yad olduq – bəzən sevgili ilə yataqda, bəzən güzgü qarşısında. Öz bədənimizi gizlətdik, ayıbladıq, sıxdıq, tənqid etdik – çünki bizə öyrədilmişdi ki, bədən sadəcə görünüşdür, ehtiyac isə “ayıbdır”.

Amma bu – yalandır.

Bir çox qadın ilk orqazmını ya heç yaşamayıb, ya da “ayıbdır” deyə onu yarımçıq qoyub.

Bir çox kişi ehtiyacla zorakılığı ayırd edə bilməyib – çünki ona kişi olmağı “almaqla” öyrədiblər.

Sadəcə rol oynayırıq – qadın kimi, kişi kimi, ər kimi, arvad kimi.

Və bu susqunluğun içində biz özümüzə yad olmuşuq.

Toy gecəsi öyrənmişik ki, “toxunuş zorla da ola bilər.”

Ana olanda anlamışıq ki, “bədənim sadəcə doğmaq üçün deyil.”

Qocalanda başa düşmüşük ki, “özüm üçün heç yaşamamışam.”

 

Millət olaraq bu otağa girmirik.

Bizim ölkədə cinsəllik hələ də tabu mövzusudur. Valideynlər susur, məktəblər susur, filmlər stereotipləri təkrarlayır.

Amma susmaq heç nəyi həll etmir – sadəcə qorxunu miras qoyur.

Biz nəsildən-nəslə utancla, qorxu ilə və informasiya əskikliyi ilə böyüyürük. Amma heç kim dayanmır və demir:

“Bəs bədənimizin haqqı harada qaldı?”

Bəs indi? İndi nə olacaq?..

İndi Qırmızı Otaqın qapısını bir az da aralayırıq.

Daha dərinə enirik.

Orada utanc var.

Çılpaqlıq var.

Yaralar var.

Amma bu dəfə başqa cür:

Orada həqiqət var.

Özümüzə aid olan, bizə geri qaytarılmış bədənimiz var.

Öz razılığımızla sevdiyimiz, ağladığımız, titrədiyimiz anlar var.

Artıq “xahiş etmirik” – özümüzə qayğı göstərmək haqqımızdır.

Sənə bir reseptim var.

Bunlar toxunulmamış bir qapını açmaq üçün ilk açarlardır:

1) Bədənini izləməyi öyrən

Əynində heç nə olmadan güzgünün qarşısında dayan.

Gözlərini bədəninin bir hissəsinə dik və sadəcə bax.

Onu tənqid etmə, düzəltmə, gizlətmə.

Sadəcə bax.

Özünə sual ver:

– “Mən buranı tanıyırammı?”

– “Bu bədən mənimkidir?”

– “Burada hansı xatirələr gizlənib?”

Bəzən bu baxışda göz yaşları olur. Bəzən qəzəb. Bəzən sadəcə susqunluq.

Amma bu susqunluq – ilk əlaqədir.

 

2) Toxunma məşqləri: Toxun və hiss et

Əllərinlə bədəninin fərqli yerlərinə toxun.

Sürtmə, manipulyasiya etmə – sadəcə toxun.

 

Dərinə, boynuna, sinənə, qarnına, ayaqlarına…

Hər toxunuşda özünə sual ver:

– Bu mənə nə hiss etdirir?

– Bu toxunuş mənə tanış gəlir?

– Harada rahatam? Harada sıxılıram?

Bu, bədəni oyatmaq deyil – onu dinləməkdir.

 

3) Fantaziyalarını yaz

Heç kimə göstərmək məcburiyyətin yoxdur.

Heç bir “doğru” və ya “günah” yoxdur.

Yaz:

– Nə səni həyəcanlandırır?

– Nə səni qorxudur?

– Hansı hissələr gizlidir və niyə?

Çünki cinsəllik təkcə bədəndə yox, zehində də yaşanır.

Yazmaq, o otaqda gizlənmiş xatirələri və arzuları gün üzünə çıxarır.

 

4) Öz “yox” və “bəli”lərini kəşf et

Kağız götür, iki hissəyə böl:

  • Sol tərəfə: “Sevdiyim toxunuşlar / hallar / anlar”
  • Sağ tərəfə: “Rahat olmadığım, istəmədiyim şeylər”

Bəzən ilk dəfə bu zaman anlayırsan ki, illərlə öz ehtiyaclarını təxirə salmısan.

Bu kağız – sənin razılığın və sərhədlərindir.

Həm cinsi münasibətlərdə, həm də özünlə münasibətdə.

 

5) Cinsəlliyə bağlı utancını danış

Bir dostuna.

Bir terapevtə.

Yaxud sadəcə kağıza.

“Bunu yazmaqdan utanıram…” – deyə başla.

Bu cümlə özü şəfa verir.

Çünki utanc danışılmadıqca böyüyür. Danışıldıqca kiçilir.

Qırmızı Otaq hələ açıqdır…

İçəri girəcəksənmi?

 

Ramilə Həsənova

Cinsəl terapist və Klinik psixoloq

Amerika Psixoloqlar Assossasiyasının üzvü

 

 

(Psixoloq Ramilə Həsənova ilə 051  358  00 73 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




18 şərh “İçəri girməyə hazırsanmı? – “QIRMIZI OTAQ”

  1. Ətayə F.

    Yazinin her cumlesinde ozumu gordum. O qeder danismadigimiz seyler var ki… Amma bu yazini oxuyanda insan deyir ki, ‘men tek deyilim’. Bu hiss boyuk bir azadliqdi. ❤️

    Cavabla
  2. Röya Ağazadə

    Yazını oxuyarkən elə bildim, illərlə içinə basdırdığım duyğular dilə gəldi. Həqiqətən də bizə heç vaxt “sən vacibsən” deyilmədi. Sağ olun, çox dəyərliydi.

    Cavabla
  3. Aynur

    men oz bedenimden utanaraq boyumusem… hele de guzgude ozume duz-emu baxa bilmirem. bu yazidan sonra fikirlesdim, bəlkə ilk dəfə ozumle dusunmeye baslayim. sag olun…

    Cavabla
  4. Rasim M.

    Dogrusu, bele yazilari gore-gore utanirdim oxumaqa. Amma bir dostum meslehet gordu. Oxudum ve anladim ki, utanmali olan men deyilim, menim susdurulmagimdi. Ciddi deyirem, her cumlesi adami dusunmeye vadar edir.

    Cavabla
  5. Dilber Rehimli

    Bu yazını oxuyanda içimdə bir düyün açıldı sanki. İllərlə adına “ayıb” dediklərimizin altında nə qədər yaralar yığılıbmış… Çox təşəkkür edirəm belə açıq, dürüst və şəfalı sözlər üçün. Hər qadın bu yazını oxumalıdır.

    Cavabla
  6. Ruslan Adilov

    Bir kişi olaraq bu yazını oxuyub utanıram. Bizə kişi olmaq zorla öyrədildi, amma heç kim bizə “hörmət”i, “razılıq”ı öyrətmədi. Bu yazı tək qadınlara deyil, kişilərə də güzgüdür. Ramilə xanıma dərin təşəkkürlər.

    Cavabla
  7. Pervin

    Mektebde, evde, hec yerdə bunlar danisilmir. Amma her kesin bilmesi lazim olan sheylerdi. Cinsellik utanilmali bir sey deyil, insan olmanin bir hissesidi.

    Cavabla
  8. Aynur Ferhad

    bele yazilari oxuyanda insanin ureyine su sepirler… cox adam bu hissleri yasayir amma adini qoya bilmir. qirmizi otaq menim ucun de acildi bu gun…

    Cavabla
  9. Yaşar Orucov

    Cəmiyyətin bizə vurduğu zəncirləri qırmaq bu qədər çətin olmamalı idi… Amma bu yazı bir addımdır. Ən azından artıq bu barədə danışmaq mümkündür.

    Cavabla
  10. Səbinə Seyidova

    Men hele de bilmirem bedenime nece toxunum, nece baxim. Amma bu yazidan sonra basladim dusunmeye – bəlkə de hele gec deyil ozume yeniden qayitmaq ucun…

    Cavabla
  11. Ononim

    “Toy gecəsi öyrənmişik ki, toxunuş zorla da ola bilər.” – bu cumle meni dondurdu. Elə bil illerin agrisi bir cumlede yigilib. Susmaqla heç ne hell olmur, danismaq lazimdi. Yazdiginiza gore minnetdaram.

    Cavabla
  12. Mürsəl

    Kişilərin də bu yazını oxuması vacibdi. Çünki çox hallarda problemin bir hissəsi olduğumuzu anlamırıq. Öyrənmək və dəyişmək vaxtıdır.

    Cavabla
  13. Kpnül Babayeva

    Bu cür yazılar azdı bizdə. Açıq, səmimi və düşündürən. Deyiləsi çox şey var, amma biz danışmağı yox, susmağı öyrənmişik. Oxuyanda adam həm utanır, həm də rahatlayır.

    Cavabla
  14. Nahidə Əmirova

    Usagim danismaqda geri qalirdi, logopedimiz bu cur oyunlar meslehet gorub. Evde oynayanda hiss edirem ki, daha cox soz isledir. Allah razi olsun yazanlardan.

    Cavabla
  15. Aqil Qasimov

    Biz kişi olaraq bəzən öz bədənimizdən belə uzaq oluruq. Duyğuları danışmaq bizə “zəiflik” kimi öyrədilib. Amma bu yazı göstərir ki, güc – özünü tanımaqla gəlir.

    Cavabla
  16. Şəlalə Mürsəlzadə

    cox pis oldum oxuyanda… her cumlesi insanin ureyine toxunur. guya hamimiz gucluyuk, amma icimizde nece susqunluqlar var. o guzgunun qarsisina men de kecicem bu axsam.

    Cavabla
  17. Zülfiyyə

    Gec də olsa özümə dönmək üçün bir yol tapdım bu yazıda. Öz bədənimlə barışmaq, onu tanımaq… Çox gecikmiş bir haqqım imiş.

    Cavabla
  18. Təranə

    yazi cox realdi… eslinde bu cur seyleri oxumaq rahat olmur amma ehtiyac var. cox sag ol Ramilya xanım, her kes bele açiq yaza bilmir.

    Cavabla

Təranə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir