cin

İllər öncə Çini fəlakətə sürükləyən sərçələr – FOTOLAR

Baxış sayı: 761

1949-cu ildə Çinin lideri olan Mao Zedonq ölkədə iqtisadi inkişafın zəif olduğunu düşünüb. Buna görə də o, “Böyük sıçrayış” kimi adlandırılan siyasətini həyata keçirib.

Kommunist lider Mao Zedonq hakimiyyətə gələndə böyük bir əkinçilik cəmiyyəti yaratmaq istəyib. O, tarlalara ziyan vuran sərçələrə və zərərvericilərə qarşı səfərbərlik elan edib.

Kənd təsərrüfatını inkişaf etdirmək üçün hökumət təsərrüfata zərər verdiyini hesab etdiyi dörd zərərli növün yox olmasını istəyib.

Bu növlər milçəklər, ağcaqanadlar, siçanlar və sərçələr idi. İnsanlar əsasən sərçələrin öldürülməsi prosesinə daha tez qatıldılar.

“Sərçələrin məhv edilməsi hərəkatı” adı altında insanlar təxminən iki il ərzində ölkədə tapdıqları bütün sərçələri öldürürlər.

Ölkə daxilində böyük kütlələr sərçələrin yumurtalarını və yuvalarını məhv etmək üçün növbələşib 24 saat küçələrdə gəzirdilər.

Sərçələri qovmaq üçün on minlərlə müqəvva və qırmızı bayraq da hazırlamışdılar. Eyni zamanda atıcı qrupları da formalaşmışdı.
Sərçələri öldürən vətəndaşlara dövlət tərəfindən müxtəlif mükafatlar verildi.

1960-cı ilin yazında böcəklər tarlalara hücum etdikdə Çin liderləri öldürülmüş sərçələrin əslində onları böcəklərdən qoruduqlarını dərk etdilər.

İki milyard sərçə öldürüldükdən sonra Mao onları “düşmənlər” siyahısından çıxardı. Lakin artıq çox gec idi…

Çünki ölkədə zərərli həşəratı yeyəcəyi gözlənilən sərçələrin demək olar ki, nəsli kəsilmişdi.

cin

Üç il davam edən böyük qıtlıq, ekologiyanın alt-üst olması və tarlaların zədələnməsi ilə başladı.

Böyük aclıq dövründə ən az 20 milyon insan aclıqdan öldü.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir