immunitet

İmmunitet üçün dopinq effekti verən 3 meyvə

Baxış sayı: 502

Vitamin və mineral baxımından zəngin olduqları üçün meyvələr nizamlı olaraq istehlak edilməlidir.

Ancaq bəzi meyvələr tərkibindəki şəkər miqdarına görə bədəndə insulin səviyyəsini sürətlə artıra bilir. Buna görə də, onlar dadlı olsalar da, sağlamlıq üçün ideal sayılmırlar və həkimlər tərəfindən tez-tez tövsiyə edilmirlər.

Bəs sağlamlıq və immunitet üçün ən vacib meyvələr hansılardır?

Araşdırmalara əsasən insan sağlamlığı üçün ən faydalı olan üç meyvəni təqdim edirik:

 

LİMON

Mətbəxlərimizin əvəzolunmazı olan limon turş dadına baxmayaraq, bir çox qidalandırıcı xüsusiyyətlərə malikdir. Limon mədə turşusunu artıraraq həzmi dəstəkləyir. C və K vitaminləri ilə zəngindir, kalium mənbəyi kimi tanınır. Limon sağlamlığa bir çox müsbət təsiri olan bir meyvədir. Tərkibindəki C vitamini sayəsində infarkt riskini azalda və xolesterol səviyyəsini tarazlaya bilər. Limonun tərkibindəki turşu böyrək daşlarının əmələ gəlməsinə mane olur. Limon dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır. Bu meyvə həzm sistemini dəstəkləyir və tərkibindəki pektin lifi sayəsində iştaha nəzarətə kömək edir. Vitamin C dəri sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir. Limon oynaqların iltihabını azaltmağa kömək edir. C vitamini çatışmazlığından yaranan sinqa xəstəliyinin müalicəsində təsirlidir.

Bu faydalara əlavə olaraq, limonun şirəsi, qabığı və yağı da müxtəlif sağlamlıq faydaları təqdim edir. Məsələn, limon şirəsi həzm pozğunluğuna yaxşı təsir edir, qızdırmanı salır, saç və dəri sağlamlığını qoruyur. Limon qabığı antiseptik xüsusiyyətlərə malikdir və qaraciyəri qoruya bilər.

Lakin limonun həddindən artıq istehlakı mədə turşuluğunu artıra biləcəyi üçün diqqətli olmaqda fayda var.

 

QREYPFRUT

C və K vitaminləri ilə zəngin olan qreypfrutda qlükoza və fruktoza aşağı səviyyədədir. Qreypfrutun demək olar ki, heç bir mənfi tərəfi olmadığı üçün tibbi pəhrizlərdə çox vaxt ona üstünlük verilir. Bu meyvə C vitamini ilə çox zəngindir, buna görə də immunitet sistemini ən çox gücləndirən təbii vasitə hesab olunur. Kalorisi az olduğu üçün çəkini nəzarətdə saxlamağa kömək edir və uzun müddət toxluq hissi verir. Qreypfrut qaraciyərin detoksifikasiya prosesini dəstəkləyə bilər. İltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki lif, kalium, likopen, C vitamini və xolin tərkibi ilə ürək sağlamlığını dəstəkləyir. Ehtiva etdiyi flavonoidlər sayəsində xüsusilə qadınlarda işemik insult riskini azaldır.

Bunlardan başqa, qreypfrutun yağ yandırmaq, böyrək daşlarının qarşısını almaq və dəri sağlamlığını yaxşılaşdırmaq kimi əlavə faydaları da var.

Bununla belə, unutmayın ki, qreypfrut bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Buna görə də dərman qəbul edirsinizsə, qreypfrut istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

 

NAR

Nar əsl şəfa mənbəyidir. Onun nəinki özü, qabığı belə sağlamlıq üçün çox faydalıdır. Nar şirəsi kalium, fosfor, kalsium və maqneziumla zəngindir. Bu meyvənin qabığı dəmirlə zəngindir. Qurudulmuş nar qabığının dəmləməsi parazit əleyhinə xüsusiyyətlərə malikdir. Nar ən yüksək antioksidant tərkibli meyvələrdən biridir. Bir ədəd narın şirəsini içmək gündəlik C vitamini ehtiyacınızın 40 faizindən çoxunu ödəyə bilər. Nar tərkibindəki fitokimyəvi maddələr sayəsində immunitet sistemini gücləndirir və infeksiyalarla mübarizə aparır. Tərkibindəki fitokimyəvi komponentlər xərçəng hüceyrələri ilə mübarizədə və iltihabı azaltmaqda təsirlidir. Narın müntəzəm istifadəsi ürək sağlamlığını dəstəkləyir və bəzi xərçəng növlərinə tutulmaq riskini azaldır. Bu meyvə həzm sisteminə də müsbət təsir edir və mədəni gücləndirir. Narın antiviral təsiri ağız sağlamlığını qorumağa kömək edir.

Narın bütün bu faydalarından yararlanmaq üçün meyvəni təzə istehlak etmək və mümkünsə metal alətlərlə təmas etdirməmək tövsiyə olunur.

Onu da qeyd edək ki, mütəxəssislər bütün meyvələri mövsümündə yeməyi məsləhət görürlər. Ancaq ehtiyac halında, uyğun şərtlərdə dondurulmuş meyvələrdən bütün mövsümlərdə istifadə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir