Şahdamarda daralma (boyunda olan iri arteriyalar) və ya tıxanma çox təhlükəlidir, çünki həyati orqanlardan biri olan beyinə mənfi təsir edir. Bu halda beynin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur.
Xalq arasıda damar tutulması olaraq bilinsə də, şahdamarda tibbi olaraq vacib olan damarın tutulması deyil, damarın daralmasıdır. Çünki damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyil.
Biyan kökü (Solodki)
Biyan qiymətli texniki bitkilərdən biridir. Bəzi insanlar öskürək, boğaz ağrısı, mədə turşluğu kimi problemlərin müalicəsində biyan kökünü seçir.
Biyan kökünün tərkibi qlisirin turşusu ilə zəngindir. Ona görə də damarlarda tıxanıqlığa səbəb olur. Həmçinin bir nüçə həftə ar-arda hər gün istifadə edilsə, yüksək təzyiqə səbəb ola bilər.
Kofein
Çay və qəhvənin baş ağrısına yaxşı təsir etdiyini əksəriyyətiniz müşahidə etmisiniz. Miqren ağrısı zamanı damarlar genişlənir və qanla dolub ağrılara yol açır. Kofeinli içkilər qəbul etdikdə isə damarlar büzülür, damarlardakı qan çoxluğunun qarşısı alınır, ağrılar dayanır.
Trans yağlı gidalar
Şirniyyatlar, mikrodalğalı sobada partladılmış qarğıdalı kimi bir çox qidaların tərkibi trans yağlardır. Sözügedən qidalar xolesterini yüksəldir. Nəticədə isə arterial damarlarda tıxanma yaranır.
Çox duzlu qidalar
Natrium bütün ərzaq məhsullarında var. Əsas mənbəyi isə xörək duzudur. İnsan orqanizmində natrium eritrositlərdə – qırmızı qan hüceyrələrində, zərdabda, qida həzmi şirələrində, sümüklərdə, əzələlərdə, bütün daxili orqanlarda, dəridə olur. Natriumun 40 %-i sümük toxumalarında olur. Kalium ilə birlikdə hüceyrənin transmembran potensialını yaradır və hüceyrə membranının həyəcanlanmasını təmin edir. Nəticədə qan təzyiqi yüksəlir. Ona görə də duzlu qidalardan uzaq durmaq məsləhətlidir.
Şahdamar daralması səbəbiylə beyinə tromb atılarsa, hansı şikayətlər yaranar?
• Gözlərdə qısamüddətli qaralma. Qaralma bir gözdə təsadüf olunur və bu göstəriciyə görə xəstəliyin ilkin mərhələsində qoymaq mümkündür. • Üzdə və ya qolda keyimə, gücsüzlük hissi.
• Qol və ayaqlarda gücsüzlük, keyimə və iynələnmə hissi. • Qol və ayaqlarda insult. • Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə.
• Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi.
Xəstələrin bir çoxunda boyun damar darlığı bu şikayətlərdən sonra aşkar edilir və müalicə olunur.
Əsas olan bu darlığın insult və bu kimi ağır fəsadlar yaratmadan diaqnoz qoyulması və müalicə edilməsidir.