Zumrud Haqverdiyeva

İntihar haqda psixoloji məqamlar – “SEANS VAXTI”

Baxış sayı: 580

İntihar, son zamanlarda daha çox səslənən, gündəmdə olan mövzulardan ilkinə çevrilib. Məsələn, sosial şəbəkələrdə, televiziyada, gündəmdə olan mövzu kimi ictimaiyyətə təqdim edirlər. İntihar dedikdə hər kəsin zehnində orta yaşlı, gənclərin cəhdləri qavranılır. Lakin böhran yaşı dövrü sayılan, yeniyetməlik dövrlərində də rast gəlinir. Misal olaraq, “Yeniyetmə oğlan(qız) universitetə daxil ola bilmədiyi üçün, öz məsuliyyətini yerinə yetirə bilmədiyini zənn edən yetişkinin cəhdi, yoldaşı tərəfindən təzyiqə məruz qalan qadınların cəhdi.

Təəsüf olsun ki, son zamanlarda sosial şəbəkələrdə, intihar edən insanlar haqda paylaşımlar daha çox geniş vüsət alıb. Bunun mənfi cəhəti, insanlara bir növ çıxış yolu göstərmiş olurlar. Rəy yazanların  “İnsanı gör hansı həddə çatdırıblar ki, bunu edib” fikirlərini oxuyan, intihar haqda düşüncələri olan vəya tükənmiş insan üçün bir yol olaraq göstərilmiş olur. Nəzərə alsaq ki, jurnalistlərin bu kimi xəbərləri, xəbər başlığında vurğulanmaması gərəkdir. Ümumiyyətlə, bunu bir informasiya kimi ictimaiyyətə təqdim edilməsi, yolverilməz olmalıdır.

İntihar nədir? Sonda insan, həyatının sonlanacağını bilərək etdiyi davranışdır.  Dünyadakı ölümlərin 1%-ni intiharlar təşkil edir, ölüm səbəbləri içərisində isə ilk 10 səbəbdən biri intihar olaraq qeyd edilir.

 

İntihara gəlib çıxana qədər, şəxs hansı addımlar atır?

İlk addımı, problemdə bildiyi bütün çıxış  yollarını tətbiq etməyə başlayır. Lakin bunlar işə yaramır. Nəticədə problem qarşısında acizliyi peyda olur. Qəzəb hissi baş qaldırır.

Növbəti addımda, yeni yollar axtarmağa başlayır.Bu zaman enerjisinin tükəndiyini hiss edir.

 

İntihara aparan yollar nələrdir?

1) Psixi xəstəliklər zamanı (psixozlar)

2) Başqalarını cəzalandırmaq üçün.

3) Səhvlərinin təmizlənəcəyi, düşüncəsi.

4) Sevdiyi şəxsi itirmiş insanın, onunla qovuşması ümidi ilə.

5) Diqqət çəkmək üçün. Bu vəya digər səbəbləri göstərmək olar.

6) Şəxsin şantaj edilməsi.

 

İntihar düşüncəsi olan şəxslərə necə yardım edə bilərik?

İlk olaraq qeyd etmək istəyirəm ki, istər ciddi istərsə də zarafat olaraq bu fikri dilə gətirən insanlara qarşı məsuliyyətli olmaq gərəkdir. Həmin şəxsləri mütəxəssislərə göstərməyimiz lazımdır. Bir insan olaraq necə dəstək olmaq olaq? Onun yanında olmaq, tək buraxmamaq, qarşılaşdığı problemi həll etməkdə ona dəstəyinizi hiss etdirmək və problemlərin həll olunacağı inamını yaratmaq lazımdır.

Son olaraq qeyd etmək istəyirəm ki, ətrafınızdakı insanlara biganə yanaşmayın. Mənəvi dəstəyinizi hər zaman göstərin. Heçkəs istəməz ki, zövq ala biləcəyi həyatını sonlandırsın.

 

 Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir