ciyer

Buzlu şüşə nə zaman görünür? – HƏKİM RƏYİ

Baxış sayı: 408

Buzlu şüşə anlayışını COVID-19 pandemiyası zamanı daha çox insan eşitdi. Xəstəliyin belə adlandırılmasının səbəbi rentgoloji göstəricidə ağciyərdə kölgələnmə və buluda bənzər dumanın olmasıdır.

Bunu  2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyir.

Mütəxəssisin sözlərinə görə, buzlu şüşə pandemiya dövründə yaranan yeni xəstəlik deyil, ağciyərin xroniki xəstəlikləri və ürək-damar problemlərində də görünür. Hətta bəzən KT müayinəsi zamanı nəfəsalma aktı düzgün aparılmadıqda müşahidə edilə bilər: “Qeyri-düzgün KT çəkilişi zamanı buzlu şüşənin görülməsi fizioloji haldır. Lakin əsil buzlu şüşə xəstəliyi ağciyərdə iltihab zamanı, xəstəliyin 3-cü və 4-cü mərhələsində yaranır. İmmun sisteminin vəziyyətindən asılı olaraq bəzi hallarda 2-3 aydan sonra tam sağalır. Xəstəliyin uzun müddətli gedişatı olarsa, bu haldan sağalan şəxslərdə həyat fəaliyyəti zəifləyir, bəzən əlillik dərəcəsinə qədər düşür. Güclü külək qasırğası olan bölgələrdə xəstəliyə yoluxma sayında artım müşahidə edilir. Buna səbəb qasırğaların içində olan mikrobakteriyalardır”.

Havaların soyuması ilə əlaqədar olaraq ağciyər xəstəliklərinə və kəskin respirator viruslarına yoluxma sayında artım müşahidə edildiyini diqqətə çatdıran həkim-ftiziatr deyib: “Bu xəstəliklərdən qorunmaq üçün immun sistemini möhkəmləndirmək, yuxu rejiminə riayət etmək, düzgün və keyfiyyətli qidalanmaq, pis vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq, antisanitariya qaydalarına əməl etmək məsləhətlidir. Respirator xəstəliklər hava damcı üsulu ilə yayılır. Hava-damcı üsulu ilə yayılan xəstəliklərdən qorunmağın əsas yolu əhalinin sıx olduğu yerlərdə və qapalı məkanlarda maskadan istifadə etməkdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir