GEYIM 1

İşgüzar obrazı zərif göstərən dəbli ideya

Baxış sayı: 490

Klassik işgüzar geyimlər bu gün hər bir qadının qarderobunda mütləqdir. Ağ köynək və qara şalvar təzadlı birləşməsi həm ofis, həm də işgüzar tədbirlərə uyğun gəlir. Bəs ofis obrazının standartlardan kənar olması, effektiv və zərif görünməsi üçün nə etməliyik? Aktrisa Ana da Armas cavabını bilir.

geyim 3

“Sarışın” filmindəki Merilin Monro rolunun ifaçısı San Sebastyan Film Festivalı çərçivəsində ictimaiyyət qarşısına çıxıb. Aktrisa çıxışı üçün romantik ağ köynək ilə klassik, hündürbel və qara şalvar seçib. Obrazın zərif görünməsi üçün o, qolları bol köynəyə üstünlük verib. Belə bir detal ofis stilinə təkcə zəriflik əlavə etməyə kömək etmir, həm də bədən quruluşunu qum saatı siluetinə yaxınlaşdırır.

geyim 2

Ulduz obrazını hündürdaban stilettolar və minimalist zinət əşyaları ilə tamamlayıb. İncə qızıl sırğalar, üzük və qolbaq aktrisanın köynəyinin düymələri ilə ahəng təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir