menzil

Karantin rejiminin yumşaldılması mənzil bazarına necə təsir edəcək?

Baxış sayı: 883

Azərbaycanda koronavirus digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da təsir göstərib. Bundan başqa, ekspertlər vurğulayır ki, 44 günlük Vətən müharibəsi də mənzil bazarına təsirsiz ötüşməyib, yənu bu bazarda durğunluq yaşanır.

Maraqlıdır, hazırda ölkəmizdə karantin rejiminin qismən yumşaldılması bu sahədə canlanma yarada bilərmi?

2021-ci ildə mənzil bazarındakı durumu xarakterizə edən “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, 2020-ci ilin göstəricilərinə əsasən bazarda aktivlik əvvəlki illərlə müqayisədə 40 faizə qədər azalıb:

Buna rəğmən qiymətlərdə az da olsa, artım var. Təklif azaldığı üçün istər-istəməz qiymətlərdə fərq görünür.  2020-ci ildə pandemiyanın yaratdığı təsirləri 2021-ci il ərzində görəcəyik.

Digər illərlə müqayisədə bu il daşınmaz əmlak bazarında vəziyyət daha kritik olacaq. Həm tikinti həcmində, həm təklif baxımından, həm də əhalinin alıcılıq indeksinin aşağı düşməsi qaçılmazdır.

Alıcıların gəlirlərində azalma ola bilər, satıcılar da ucuz qiymətə satmaq istəməyəcək.

Ona görə 2021-ci ildə qiymətlərin düşməsinin az ehtimalı var. Bazarda, o cümlədən tikintidə alqı-satqıda əhəmiyyətli dərəcədə azalmalar müşahidə ediləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir