yuxu

Keyfiyyətli yuxunun vacib faktorları

Baxış sayı: 422

Cənubi Avstraliya Universitetinin alimləri gün ərzində fiziki aktivliyin səviyyəsinin artırılmasının gecələr yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək etdiyini təsdiqləyiblər.

Tədqiqatda orta yaş həddi 44 olan 1168 uşaq və 1360 yetkin (azyaşlıların valideynləri) insan iştirak edib. Alimlər bütün iştirakçıların günün hansı saatlarında ən çox fiziki aktiv olduqlarını qeyd edib və bu məlumatları yuxu keyfiyyətinin göstəriciləri ilə müqayisələndirib.

Onlar müəyyən ediblər ki, daha yüksək səviyyədə orta-güclü gündüz fiziki fəaliyyəti olan uşaqlar və böyüklər daha az narahat yuxuya, daha az gecə oyanmasına və gündüz yorğunluğunun azalmasına malikdir. Üstəlik, fiziki fəaliyyət yuxunun səmərəliliyinin artması ilə birbaşa əlaqəlidir.

Qeyd olunur ki, daha tez yatmaq və ona əlavə vaxt ayırmaq, çox vaxt daha narahat yuxuya səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir