geyim

Kişilərin ən qəribə geyimləri

Baxış sayı: 851

Bildiyimiz kimi insan dünyaya çılpaq gəlib. Elə dünyaya gələn gündən də bu problemi həll etməyə başlayıb. İncir yarpağından başlayan bu səyahət günümüzdə də davam edir. Bu yazıda sizə kişilərin geyndiyi ən əcaib paltarlardan bəhs edəcəyik.

 

Pivə butulkasının tıxacları

London, paris və Berlinin bir çox butiklərində paltar alarkən Afrikada QİCS-ə qarşı mübarizəyə yardım edə bilərsən. Bunun üçün, üzərində bir neçə əzilmiş pivə butulkası tıxacı olan istədiyin paltarı ala bilərsən.

Paltar adisindən iki dəfə baha olacaq, lakin qiymətdəki fərq bu xəstəliklər mübarizə edən fonda gedəcək. Bu tıxacları afrikalılar savannalarda toplayırlar. Sonra onları əzib vaqonlarla Avropaya göndərirlər.

 

Ağac qabığı

Bizim əcdadlarımız öz dərilərinin yaışa, qar və qızmar günəş altında o qədər də komfortlu olmadığını anladıqda, önünə gələn canlı və cansız hər şeyin dərisini, qabığını soymağa başladılar. Fərqli-fərqli heyvanlarla bu aqibəti ağaclar da yaşadı. Ağac qabığından paltarları XIX-cu əsrədək İrlandiya, Kanada, Polşa və Rusiyanın ərazisində geyiblər.

 

Dəmir banka və balqabaq

Yeni Qvineyada yaşayan dani qəbiləsinin insanları ümumiyyətlə paltar geymir.

Lakin bədənlərinin ən kövrək yerlərini onlar balqabağa bənzər bitkilərin qurudulmuş meyvələrdində gizlədirlər. Lakin təkamül burada gəlib çıxıb.

Buradakı gənclər dədə-babalarından fərqli olaraq cinsi orqanlarını artıq “Coca-cola” və çips bankalarında gizlədirlər.

 

Ölü dinozavrlar

Bildiyimiz kimi sintetik parçalar polimerlərdən hazırlanır. Polimerləri isə neft, qaz və kömür emalından əldə edirlər. Bu faydalı qazıntılar isə…ölmüş qədim kələzlərin, başqa canlıların və bitkilərin qalıqlarından əmələ gəlib.

 

Qarışqa yuvası

Avstarliya aborigenlri olan bəzi qəbilələrin rəhbərləri döyüş vaxtı başlarında yapışqan palçıqla bərkidilmiş qarışqa yuvaları daşıyırdılar.

Etnoqraflar deyir ki, beləliklə onlar döyüşçülərə qarışqalara xas olan nizamı ötürməyə çalışırdılar.

 

İnsan dərisi

Pataqoniyanın (Çili, Argentina) yerli sakinləri hesab edirdilər ki, kişiyə düşmənin sinəsindən kəsib götürülən dəri kimi heç nə yaraşıq vermir.

 

Balıq dərisi və suiti bağırsaqları

Çukotkada yaşayan əhalinin əcdadları minilliklər boyu balıq dərisindən və suiti bağırsaqlarından hazırlanan paltar geyiniblər. Çox güclü üfunətə baxmayaraq, bu paltarlar insanı isti saxlayır, həm də suya davamlı idilər.

Günümüzdə bənzər paltarı Çində yaşayan ən balaca etnik qruplardan biri olan heçje xalqı hazırlayır. Belə paltar hazırladıqları üçün onları “balıq dərisi qəbiləsi” adlandırırlar.

 

Gil

Amazonka hövzəsində yaşayan bir sıra qəbilə ilə bağlı aparılan araşdırmalar alimlərin şübhələrini doğruldub. Çünki mütəxəssislər hesab edirlər ki, ibidai insanın ilk libası heyvan dərilərindən, bitkilərdən və s. yox, məhz palçıqdan olub.

Çünki gil və palçıq soyuqdan və istidən qoruduğu qədər bezdirici həşəratlara qarşı da mübarizə aparır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir