Koronavirus

SOS: Koronavirusdan sağalan şəxslər bunu etməsin!

Baxış sayı: 618

Moskvanın baş narkoloqu Yevgeni Bryun koronavirusa yoluxan şəxslərə spirtli içkidən imtina etməyi tövsiyə edib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, ekspert viral intoksikasiyadan əlavə, alkoqolun da bədəni zəhərlədiyini bildirib.

“Koronavirus də daxil olmaqla, hər hansı viral xəstəlik intoksikasiyadır. Buraya alkoqol intoksiyası əlavə olunduğu zaman bütün biokimyəvi harmonik mənzərə pozulur”, – mütəxəssis izah edib.

Virusdan sağalan bəzi şəxslər sağlamlıqlarına yenidən laqeyd yanaşmağa və pis vərdişlərə qayıtmağa başlayırlar. Ekspertlərin sözlərinə görə, xəstəlik səbəbilə damarlar virus tərəfindən ciddi hücuma məruz qalır və bu səbəbdən sağaldıqdan sonra orqanizmi spirtli içki ilə yükləmək olmaz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir