Kişilər qadınları anlamaq probleminə lətifələrdən ciddi kitablara qədər mətnlər həsr ediblər. Oysa qadınların kişilər haqda bilməli olduğu bir şeylər var. Qadınlar kimi kişiləri də anlamaq çətin ola bilər.Maraqlı olacağını nəzərə alıb onlardan 6 sirri təqdim edirik.
Beləliklə kişilər…Tək qalmağa ehtiyac duyurlar
Kişilər daim qərar verməkdən, lider olmaqdan, təşəbbüs göstərməkdən və baş verənlərə görə məsuliyyət daşımaqdan bezə bilər. Bu zaman onlar tək qalmaq və dincəlmək istəyirlər.
Hadisələrə bütöv baxırlar
Kişilər hadisələrə ümumi yanaşıb hərəkət edirlər. Ayrıntılara, detallara fokuslanmırlar. Qadınlar isə detallara diqqət yetirdiyindən ümumi mənzərəni görə bilmirlər.
Emosional dəstəyə ehtiyacları var
Kişilər də qadınlar kimi duyğusal bağ axtarırlar. Həyat sürəti, emosional stress cinslərindən asılı olmadan insanlarda bir duyğusal bağ ehtiyacı yaradır.
Düşüncə tərzləri dəyişkəndir
Kişilər heç də həmişə məntiqlə düşünmürlər. Sizinlə birgə ikən xəyallarda aranı dağa, dağı arana köçürə bilərlər.
Gözlərini idarə edə bilmirlər
Kişilər qarşılarından keçən gözəl qadına baxmaya bilmirlər. Bu kişinin qədim bir instinktidir: qarşısından keçən qadının uşaqlarına ana olub-olmayacağını anlamaq davranışıdır.
Qorxuları var
Kişilər cəmiyyətin onlara biçdiyi “qəhrəman” obrazının qurbanlarıdır. Bəzən onlar qadınlardan da artq qorxur, əndişə keçirir və çəkinirlər.