Kisi-qadin

Kişilərin diqqətini nə dərəcədə cəlb edirsiniz? – TEST

Baxış sayı: 2. 620

Müasir kişilər arasında aparılan sorğu göstərir ki, onlar şən, səmimi və azad qadınları xoşlayırlar. Optimist, özünü sərbəst şəkildə idarə etməyi bacaran qadınlar onlar üçün daha da cəlbedici sayılır. Kişidən himayədarlıq və qayğını az tələb edənlər də bu qrupa daxildir. Maraqlısı odur ki, sevimli saç rəngi və ya bədən forması haqda heç bir məqam aydınlaşmayıb. Bir sözlə, kişilərin sizi bəyəndiyini və cazibəniz qarşısında nə hiss etdiyini öyrənmək istəyirsinizsə, sizə təqdim etdiyimiz testi keçin.
Kompüteriniz köhnə olduğu üçün tez-tez problem yaranır. İnternet provayderlərinə zəng edib nə deyərsiniz?
a) Salam, mənim internetim işləmir və problemlər yaranır
b) Zəng edib əhvalınızı soruşmaq istədim, bir də kiçicik bir məqamı bölüşəcəkdim
c) Bu, sizə borc olsun, gələn dəfə öz aramızda həll edərik

Bazar günü şəhərə çıxmısınız və yaraşıqlı bir tanışınızı görmüsünüz. Nə edərsiniz?
a) Ona fikir vermədən yolunuza davam edərsiniz
b) Dükandan nəsə bir əşya, souvenir, geyim alıb onun fikrini soruşarsınız
c) Əlinizdəki çantanı qəsdən yerə atarsınız ki, diqqətini çəkə biləsiniz

Təsadüfən nişanlınızın ailəsi ilə bir məclisdəsiniz və bu, ilk dəfə baş verir. Süfrə arxasına oturub yemək yeyirsiniz…
a) Toy bitənə qədər nişanlınıza heç bir şey hiss etdirməz, söyləmərsiniz
b) Sizi həyəcan bürüyər, süfrədə nəyi isə dağıdıb yerə salarsınız

c) Nişanlınızı bir kənara çəkib qulağına onunla təklikdə qalıb söhbətləşməyi deyərsiniz
Son vaxtlarda ən çox sevdiyiniz mahnı hansıdır?
a) “Bu qala daşlı qala” xalq mahnısı
b) Lau Dipin “Kassablanka” mahnısı
c) Rafet el Roman və Ezonun “Qəlbinə sürgün” mahnısı

Yaxınlarınızla birlikdə bahalı bir restorana getmisiniz. Qapıçı bu gün heç boş yer olmadığını söylədi. O anda nə hiss edər və düşünərsiniz?
a) Heyf, niyə belə oldu?! Bütün günümüz korlandı
b) Mehribanlıq, gülərüzlük göstərərək ondan kömək etməyini istəyərəm
c) Əslində, çox yaraşıqlıdır. Bunu ürəyimdən keçirirəm

Testin nəticələri

A variantı çoxluq təşkil edirsə:

Demək olar ki, kişilərlə ünsiyyətdə çətinlik çəkirsiniz və “Görüşümüz uğurlu alındı” kəlməsi sizə tamamilə yaddır. Diqqət mərkəzində olmağı və kişilərin sizə baxmağından narahat olursunuz. Lakin hərdən kişilərə sizin nə qədər gözəl olduğunuzu deməyə icazə verin. Bu, özünüzə inamınızı artıracaq və həyatınızı rahatlaşdıracaq.

B və C variantı çoxluq təşkil edirsə:

Kişilər sizin cazibənizə, gözəlliyinizə biganə qala bilmir. Lazım olan anlarda gözəlliyinizi işə salıb bundan kifayət qədər istifadə edə bilirsiniz. Çünki bəzən başqa cür mümkün olmur. Gözəlliyiniz və qabiliyyətiniz çox yerdə dadınıza çatır.

Elnur Ağayev

gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir