KOKELMEK

Köklüyə səbəb olan 3 səhv

Baxış sayı: 603

Arıqlamaq insana baha başa gələ bilər. Bədəni istədiyiniz formaya saldıqdan sonra bəzən verdiyiniz çəki geri qayıdır. 

Rusiyalı endokrinoloq Viktor Jilyaev “Doktor 24” verilişinin efirində artıq çəkiyə meylli insanların arıqladıqdan sonra buraxdığı səhvlərdən danışıb.

Mütəxəssisin fikrincə, arıqlamış insanların əksəriyyəti əldə edilən nəticələrdən eyforiya hiss etməyə başlayır. Nəticədə pəhriz və məşq proqramına riayət etməyi dayandırır ki, bu da itirilmiş çəkinin geri qayıtmasına səbəb olur. Ancaq düzgün qidalanma bir müddətlik deyil, həmişəlik həyat tərzinə çevrilməlidir.

“Bu vəziyyətdə arıqlamazdan əvvəl çəkdiyiniz foto yaxşı motivasiya ola bilər, çünki siz əvvəl və sonrakı fərqləri bu yolla görə bilərsiniz. Pəhriz sizi yorubsa, onu yenidən nəzərdən keçirə, məhsulların faydalılığı və onların dadı arasında yeni bir tarazlıq tapmağa çalışa bilərsiniz. Ancaq yalnız əvvəlki kalorili qidalanmaya qayıtmayın”, – Jilyaev tövsiyə edib.

Üçüncü səhv ondan ibarətdir ki, arıqladıqdan sonra bir çox insanlar yemək prosesinə lazımi diqqət yetirmir. Həkim yavaş-yavaş çeynəməyi, prosesdən həzz almağı, diqqəti digər fəaliyyətlərlə yayındırmamağı məsləhət görüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir