koronavirus

Koronavirus xəstəsi neçə gün təhlükəlidir?

Baxış sayı: 785

Bir koronavirus xəstəsi simptomlar başlayandan 20 günədək yoluxuculuq qabiliyyətini saxlayır.

Bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanov bildirib. Mütəxəssis bu müddətdən sonra bir insanın başqaları üçün təhlükə yaratmayacağını və artıq yoluxucu ola bilməyəcəyini qeyd edib: “Bir sıra tədqiqatlar göstərir ki, yüngül və orta dərəcədə olan hallarda virus, ümumiyyətlə, simptomlar aşkarlandıqdan təxminən 10 gün sonra effektivliyini itirir. Ağır hallarda virusun yoluxuculuq müddəti 20 günə qədər ola bilər. Bəzən bu müddət 2 aya qədər davam edə bilər, lakin bu, olduqca nadirdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir