Çinin Vuhan şəhərində aparılan araşdırmalar, koronavirusdan (Covid-19) sağalan 4 nəfərdən üçünün 6 ay sonra səhhətində problem yarandığını bildirib.
Araşdırmada, 6 aydan sonra bu insanların yüzdə 63-ün əzələlərində yorğunluq və zəiflik, yüzdə 26-ın yuxu problemi və yüzdə 23-ün depressiyada olduğu deyilir.
“Medical Express” in hesabatına görə, çinli elm adamları yanvar və may aylarında Vuhanda aşkarlanan 1700 koronavirus xəstəsini izləyərək yeni bir araşdırma aparıblar.
Tədqiqatın nəticələri 8 yanvarda “Lancet” jurnalında yayımlanıb. Tədqiqatçılar “Covid-19” dan sağalan xəstələrin yüzdə 76-ın 6 aydan sonra ən azı bir sağlamlıq problemi yaşadığını müəyyən ediblər.
Mütəxəssislər, “Covid-19” dan sağalanların ağciyər və böyrəklərinin normal işləmə funksiyası 13 faiz azaldığına da diqqət çəkiblər.
Pekinin Çin-Yaponiya Dostluq Xəstəxanasından və Paytaxt Tibb Universitetinin Milli Tənəffüs Tibb Mərkəzindən Araşdırmaçı- Həkim Bin Cao, “Covid-19”un çox yeni bir xəstəlik olduğu üçün hələ araşdırmalar sayəsində bir çox məqamları yeni anladıqlarını vurğulayıb:
“Yaxşı olardı ki, xəstələr bu virusdan sağalandan sonra yenidən müayinələrə gəlsinlər. Bu 6 ay sonra fəsadlarla qarşılaşmamaq üçün faydalı olar”.