Koronavirus

Koronavirusdan sağalanların DİQQƏTİNƏ: 6 ay sonra…

Baxış sayı: 778

Çinin Vuhan şəhərində aparılan araşdırmalar, koronavirusdan (Covid-19) sağalan 4 nəfərdən üçünün 6 ay sonra səhhətində problem yarandığını bildirib.

Araşdırmada, 6 aydan sonra bu insanların  yüzdə 63-ün əzələlərində yorğunluq və zəiflik, yüzdə 26-ın yuxu problemi və yüzdə 23-ün depressiyada olduğu deyilir.

“Medical Express” in hesabatına görə, çinli elm adamları yanvar və may aylarında Vuhanda aşkarlanan 1700 koronavirus xəstəsini izləyərək yeni bir araşdırma aparıblar.

Tədqiqatın nəticələri 8 yanvarda “Lancet” jurnalında yayımlanıb. Tədqiqatçılar “Covid-19” dan sağalan xəstələrin yüzdə 76-ın 6 aydan sonra ən azı bir sağlamlıq problemi yaşadığını müəyyən ediblər.

Mütəxəssislər, “Covid-19” dan sağalanların ağciyər və böyrəklərinin normal işləmə funksiyası 13 faiz azaldığına da diqqət çəkiblər.

Pekinin Çin-Yaponiya Dostluq Xəstəxanasından və Paytaxt Tibb Universitetinin Milli Tənəffüs Tibb Mərkəzindən Araşdırmaçı- Həkim Bin Cao, “Covid-19”un çox yeni bir xəstəlik olduğu üçün hələ araşdırmalar sayəsində bir çox məqamları yeni anladıqlarını vurğulayıb:

“Yaxşı olardı ki, xəstələr bu virusdan sağalandan sonra yenidən müayinələrə gəlsinlər. Bu 6 ay sonra fəsadlarla qarşılaşmamaq üçün faydalı olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir