Bugünkü mövzumuz körpələrdə gecə yeməyinin nə zamana qədər verilməsi barədə olacaq. Körpələrdə ilk 6 ay qidanın əsas hissəsini ana südü və ya smes təşkil edir. Bu cəhətdən də ilk 6 ay ərzində körpələri gecələr də qidalandırmaq məqsədəuyğundur. Amma 6 aydan sonra artıq yavaş-yavaş gecə yeməklərinin kəsilməsi məsləhət görülür, çünki körpələrdə gecə yeməyi verilən zaman böyümə hormonu ifrazında kəsilmələr, ləngimələr olur ki, bu da uşaqlarda boy artımının azalmasına səbəb olur. Uşaqlarda boy hormonu əsasən gecə saat 12-05 arasında ifraz edilir. Məhz bu dövr uşaqlar üçün böyük əhəmiyyətə malikdir. 6 aylıqdan sonra yavaş-yavaş gecə yeməklərinin kəsilməsi uşaqda boy inkişafının normal getməsinə səbəb olur. 9 aylıqdan sonra isə körpələr 6-8 saatlıq fasilə edərək qidalanmadan rahat, kəsintisiz yata bilirlər. Körpəniz gecə tez tez oyanırsa, bu heç də onun ac olduğu anlamına gəlmir. Yuxunun fazaları vardır ki, körpələr bu fazaları keçdikdə yuxudan ani oyanarlar. Bu hal baş verdikdə analar yanlış olaraq bu oyanmanı aclıq kimi qiymətləndirərək dərhal körpəni qidalandırmağa calışırlar və bununla da körpə üçün fayda yox, özləri də bilmədən zərər verirlər. Eyni zamanda, gecə yeməyinin 9 aydan sonra kesilməməsi uşaqlarda reflyu, biberon çürükləri, otitlərə səbəb ola bilər. Nənələrimiz boşuna deməyiblər ki, yatmaq böyüməyin yarısıdır. Mövzunun sonunda sizə bir sıra məsləhətlərdən istifadə edərək gecə yeməyini tərgitməyi tövsiyə edirəm.
1) Gecə yeməyini kəsməyi qərara almısınızsa, bu qərardan əsla dönməyin. Bir gün gecə dözüb səhəri gün təkrar körpənizi qidalandıracaqsınızsa, bu körpənin beynini yalnız qarışdırmaq olacaq. Ən azı 7-10 gün bu qərarınızda israrlı olmalısınız. Bu müddətdən sonra körpə artıq özü gecə yeməyindən imtina edəcək.
2) Əgər uşaq gecə tez-tez oyanarsa, o zaman ona süd və ya smes əvəzinə bitki tərkibli çaylar -əsasən çobanyastığı, cirə, razyana çayı təklif edin. Müəyyən olunmuşdur ki, bu çaylar özü belə bilavasitə melatonin ifrazının artmasına kömək edir.
3) Övladınız gecə oyanıbsa, səsinizlə lay-lay oxumağınızla onu təkrar yaırtmağa çalışın. Unutmayın ki, ana laylası körpə üçün ən şirin avazdır.
4) Övladınızı gecələr işıqlı otaqda yatırmayın. Müəyyən olunmuşdur ki, isıqda yatan uşaqlarda melatonin ifrazı daha az olur. Qaranlıqlar hormonu gecə lampasını sevməz. Sadəcə solğun və qırmızı işıq istifadə edilə bilər.
5) Usaqlara yuxunun normallaşdırmaq məqsədiylə kimyəvi tərkibli – əsasən də melatonin tərkibli dərmanlar verməyin, çünki bu yalnız həkim məsləhəti əsasında müəyyən hallarda verilə bilər. Ümidvaram ki, bu məqalə bütün analar üçün faydalı olacaq.
Pediatr Xəyalə Quliyeva
Gecə qidalanması vərdiş ola bilər və sizin körpəniz onunla könülsüz vidalaşa bilər. Əgər sizin körpə gecə oyanmağa davam edirsə, ona çay və ya qaynadılmış su təklif edin. Lakin qidalandırmayın. Xəyalə xanım çox doğru bilgilər verib
Gecə qidalanma hətta fasiləsiz yuxuya mane ola bilər və ilk dişləri zədələyə bilər, çünki gecə qida qəbulundan sonra adətən dişlər təmizlənilmir. Körpənizi gecə qidalanmasından kəsmək üçün sizə vaxt tələb olunacaq, lakin nəticədə məqsədinizə nail olacaqsız
Təşəkkür edirəm. Bu yazı mənə çox faydalı oldu. İnanıram ki, mənim kimi bir çox analar bundan faydalanacaqlar. Uğurlar, Xəyalə xanım.
Tesekkurler DR. Xeyale. Aııah koçeyiniz olsun. Meslehetlerini yerine dusdu
Gün ərzində yuxu (və qidalanma) saatlarının əvvəlcədən müəyyənləşdirildiyi bir rejimə, ya da saysız-hesabsız körpə yuxusu kitabları və pedaqoqlar tərəfindən qızıl standart hesab olunan “7-dən 7-yə” gecə qrafikinə (körpənin axşam 7-dən səhər 7-yə qədər yatması nəzərdə tutulur) əməl etməyə nə deyirsiniz? Yəqin ki, hə deyirsiniz, amma hər şey bu qədər asan deyil. Asanlaşdırmaq üçün pediatrın yazısında yazılanlara əməl edin ən yaxşısı )
Körpə uşaqlar sağlam, güclü və ağıllı böyümək üçün hər gün kifayət qədər bəsləyici qidalarla qidalanmalıdır. Təxminən 6 aylıq körpəniz sürətlə böyüyür və həyatının digər dövrləri ilə müqayisədə daha çox enerji və qidalı maddələrə ehtiyac duyur.
Maraqli ve maariflendirici yazi ucun tesekkur, doktor
İlk 3 ayda körpe gece 1-2 defe qidalana biler. 3-6 ayinda bir defe ,6 aydan sonra ise uşagin gece yedizdirilmesine ehtiyac yoxdur.Hedden cox yedizdirmek qarinda agrilarin esas sebebi olub,gece yuxusunu pozur.Gece yuxusundan evvel körpeni yaxşı yedizdirmek lazimdir. Doktor nə deyirsə, düzgün vurğulayır, məncə
Körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilmiş faktlara əsaslanır. Bir yaşa qədər körpələrdə maddələr mübadiləsi sürətlənir, qida daha tez həzm olunur və təbii ki, gecələr onlarda aclıq hissi yaranır.
Xəyalə xamım çox doğru məqamla toxunub. Hansı ki, həkimlər gecə qidalanmasıyla bağlı məhz onları tövsiyə edir. Gecə yeməyi ilə bağlı onu əlavə etmək olar ki, əgər gecə qidasını daynadırmaqla əlaqədar bir məcburiyyət yaranarsa, təbii qidalanan uşaqlarda 6 ayından sonra, süni qidqalananlarda isə bir qədər tez də etmək olar, ancaq kütlə artımı nəzərə alınmaqla.
Tesekkur edirem Xeyale xanim. Adinizi esitmisdim. Yazinizi burda gormek maraqli oldu
Faydali melumatlarla zengin yazi ucun minnetdaram