efsane rustemova

Məişət robotu – “NATAMAM”

Baxış sayı: 620

-Yadınızdadır, keçən dəfə gəlmişdim sizin yanınıza. O vaxtdan dediklərinizi düşünürəm. Beynimdə ancaq sual işarələri gəzirəm ortalıqda. Anlayıram əlbəttə. Amma mənim anlamağım məsələnin mahiyyətin dəyişmir.

Baxın, anlayıram ki, mən qadın və anayamsa, öhdəliklərim var. Başa düşürəm ki, nə qədər bərabərlikdən danışsaq da yeməyi həmişə mən bişirməliyəm. Bozbaşın iyi məndən gəlməlidi. Əllərimdə bıçaq ciziklərinə dolmuş ağ əl kremləri. Ərim işdən gəlməmiş çimmək məcburiyyəti. Bunlar hamısı mənim yükümdür və bundan narazı deyiləm. Amma mən bunların qarşılığını görməyəndə dəli oluram, dr. Elə bilirəm ki, boşa kürək çəkirəm. Elə bilirəm ki, dəyər bilməyən adama görə bunları etməyim məni də dəyərdən salır. Özüm də gözdən düşürəm sanki. Adam yerimə qoyulmuram. Amma bunun qarşılığında evdə hamı hər şeyi məndən tələb edir. “Məişət robotuna” çevrilmişəm bir qadındam daha çox. Bağırmaq istəyirəm. Bağıraraq QAYĞIYA EHTİYACIM VAR demək istəyirəm.. Filankəsə çoxdandır zəng eləmirəm, filankəslə çoxdandır çay içmirik, filankəsin söhbəti üçün darıxmışam cümləsindəki Filankəslər qədər belə hörmətim yoxdur evimdə. Əvvəllər səbr edirdim, dr. İndi isə gücüm qalmayıb. Nəyə, kimə, hansı situasiyaya səbr edim axı?! Adamı bu dünyada heç kəsmi anlamaz. İsyan etmirəm haaa, götür-qoy edirəm sadəcə. Mən içində məni xoşbəxt edəcək bir zərrə işıq görmədiyim o evə niyə gedirəm? Kimə görə? Kütlə qarşısına çıxıb yüzlərlə adama seminar keçirəm, hamı pür diqqət məni dinləyir. Evimdə isə məni dinləyən, mənə hörmət qoyan, mənim hissiyyatımı paylaşan yoxdur. Bilirəm, boşansam da məni çöldə xoşbəxtlik qucağın açıb gözləmir. Amma ən azından onda öz seçdiyim mutsuzluğu yaşayacam, indi yaşadığım isə məcburiyyətimdir. Mən nəyəsə məcbur olmaq istəmirəm. Mən kiməsə məcbur olmaq, tək başına çabalamaq istəmirəm.

İki ağlı başında insan niyə ortaq dil tapa bilməsin axı?! Deməli, tərəflərdən birinə maraqlı deyil. Ona maraqlı deyilsə, məni nədi vadar edən?

O danışır, o danışdıqca bədən dili ondan öncə ifadə edirdi üzüntüsünü. Belə olan halda “Çabala!” demək də mənasız idi.  Onu zatən anası da deyir. Məndən fərqli bir söz eşitməyə gəlib. Özünütəsdiq çabasıdır bu. “Mən günah (yanlış!) etmirəm!” çabası. Amma bir anda KƏS-AT demək də gəlmirdi içimdən, düzü. İki uşaqla onu nəyin gözlədiyin ən yaxşı mən bilirdim. Bir az zaman qazanmaq lazım idi və belə də etdim:

– Anlayıram səni, haqlısan da dediklərində. Arqumentlərin də çox tutarlıdır. Mən də olsam başqa yol tapa bilməzdim. Onda gəl belə edək. 10 gün sonra görüşək. 10 gün ərzində boşanma üçün sənə nələr lazımdır və bu andan sonra həyatında nələr dəyişəcək deyə mənə yazı yaz gətir, üstündən birlikdə keçək.

(Əmin idim ki, həyatında dəyişəcək olan, amma dəyişməsin arzulamayacağı şeylər çıxacaq və bu fikrindən daşınacaq. Əgər belə olmayacaqsa, onsuz da bitmiş bir evlilik imiş, deməli)

Üzündə qəribə bir arxayınlıqla çıxdı otaqdan. Onu bu qərardan vaz keçirəcəm deyə gözləyirmiş, lakin bunu etmədiyim üçünndə minnətdarlıqla baxarcasına sağollaşdı.

Mən öz üsulumdan əmin idim, amma istəyirdim ki, o da öz qərarından əmin olsun. Çünki məişət robotunun içi xarab olmuşdu.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir