Hər kəsin içində səssiz, amma dərin bir sual yaşayır: “Mən kiməm?” Bu sual çox vaxt cavabsız qalır, çünki insan özü ilə üz-üzə qalmağa zaman tapmır. Həyat sanki sürükləyir, cəmiyyət şəkilləndirir, ailə müəyyən çərçivələr qoyur, müəllimlər tələb edir, dostlar yön verir. Və bütün bunların içində insan öz daxili səsini eşidə bilmir. Bir gün dayanıb baxırsan ki, bu həyat mənə aid deyil. Və daxilində bir boşluqla yaşamağa başlayırsan.
Əslində çox zaman “mən” dedikdə, başqalarının gözlədiyi obrazlar nəzərdə tutulur. Çünki uşaqlıqdan necə olunmalı olduğu deyilib: “Səssiz ol”, “ayıbdır”, “qızsan belə ol”, “oğlansansa belə danışma”. Beləliklə, zaman keçdikcə də, öz həqiqi istəklərindən uzaqlaşaraq özünə yadlaşırsan.
Əslində, hər kəs, bu həyatda bir çox rol oynayır – övlad olur, tələbə olur, işçi olur, valideyn olur, dost olur. Amma bu rolların çoxu ona aid olmur. Çünki bu rollar onun daxilindən yox, xaricdən gəlir. Beləliklə, insan bir müddət sonra kim olduğunu unudur. Nəyi sevdiyini, nə istədiyini, nəyə dəyər verdiyini soruşmur, çünki həyat tərzi buna icazə vermir.
Amma elə bir an gəlir ki, insan sanki öz içindən silkələnir. Bir münasibət bitir, bir itki yaşanır, bir arzusu reallaşmır və birdən anlayırsan ki, sən hazırki sən deyilmişsən. Oynadığın obrazlar, içindəki həqiqi insanla uzlaşmır. Həmin anda başlayır axtarış… Sakitcə soruşursan: “Mən kiməm?”, “Mən nə istəyirəm?”, “Mən bu həyata hansı məqsədlə gəlmişəm?”, “Bu iş, bu dostluq, bu həyat tərzi mənə doğrudurmu?” Bu suallar bəzən incidə,üzə bilər, çünki özünü itirdiyini anlayırsan.
Özünü tanımaq asan deyil. Bu zaman susmağı öyrənməlisən. İç səsini eşitmək üçün tək qalmağı seçməli, keçmişlə üzləşməli,uşaqlığını xatırlamalısan. Çünki uşaqkən daha saf və daha səmimi idin. O zaman arzuların daha aydın idi. Bəlkə yazmaq istəyirdin, rəqs etmək istəyirdin, təbiətlə olmaq istəyirdin. Amma zamanla bu istəklər itib və yoxa çıxıb.
İndi isə yenidən tapmaq zamanıdır. İnsan özünü ancaq öz səsini dinləməklə tapa bilər. Başqalarının səsini yox, öz ürəyindən gələn səslə yaşamalıdır. Özünü tapmaq, sonda nə qədər çətin görünsə də, ən böyük azadlıqdır. Çünki insan o zaman həyatını öz istəklərinə uyğun qura bilir.
Bəlkə də həyat boyu axtardığımız ən böyük cavab budur: “Mən kiməm?” Sualın cavabı isə elə məhz sualı verdiyin andan başlayır. Sualı verdiyin ana diqqət et!
Psixoloq Aydan Məmmədova
Bu yazı məni çox təsirləndirdi. Həqiqətən də bəzən həyatın axışına o qədər aludə oluruq ki, özümüzü itiririk. İnsan hər zaman özünü tapmalı və daxili səsini dinləməlidir. Bu məni öz daxili dünyamla üz-üzə qoydu və həqiqətən də sual etməyə başladım: “Mən kiməm?” Bu yazı, mənə həyatın mənasını anlamaqda kömək edəcək bir işıq oldu. Təşəkkür edirəm!
bəzən mən düşünürəm ki, insan özünü tapmaq üçün sadəcə olaraq “öz səsini dinləməli” deyil, həm də cəmiyyətin tələblərinə qarşı durmalı və özünə dürüst olmalıdır. Həyat cəmiyyətin tələbləri ilə balansda yaşamağa çalışmalı olsa da, insanın daxili aləmi heç vaxt unudulmamalıdır. Bəlkə də bu yazı bizə həmin balansı tapmağa kömək edəcək.
Bu yazı mənə özümü tapmaq üçün daha çox düşünməyə səbəb oldu. Ancaq bir az daha praktik yanaşma istəyərdim. İnsanın daxili səsini dinləmək çox gözəl, amma bunu necə tətbiq etmək barədə daha çox konkret addımlar və məsləhətlər olsa, daha faydalı olardı. Həmçinin, yazının sonunda konkret nəticəyə gəlmək yerinə daha çox suallarla bitməsi məni bir az çaşdırdı.
Yazı məni ruhlandırdı. Çox gözəl təsvir olunub, həqiqətən də insan özünü yalnız o zaman tapa bilər ki, daxili səsinə qulaq asın. Mənə görə, həyatda ən önəmli şey öz kimliyini tapmaqdır. Hər kəs bir məqsədlə doğulur və bu yazı insanı həmin məqsədi tapmağa çağırır. Mən də artıq bu sualı özümə verəcəyəm: Mən kiməm?
Həmişə belə yazılar insanı düşündürür, amma nə qədər bu düşüncələr həyata keçirilə bilər? Yazıda bəhs olunan suallar yaxşıdır, amma həyatın təzyiqi altında insan necə özünü tapa bilər? Hətta insan öz səsini dinləmək istəsə də, bəzən buna imkan tapmır. Məncə, çoxlarımız bu yazını oxuyanda daha çox sual yaradırıq, amma real həyatda bu sualların cavablarını tapmaq çox çətin olacaq.
Həyatın mürəkkəbliyini və çətinliklərini nəzərə alsaq, sadəcə öz daxili səsini dinləmək bizə həqiqətən cavab verəcəkmi? Mən düşünürəm ki, əslində həyatın mənası bir az daha kompleksdir və sadəcə özünü tanımaq bəzən kifayət etmir. Mənim üçün həyatda uğurlu olmaq üçün həm də ətrafdakılara qarşı məsuliyyətlərimiz var.