Karyera

Məqsədinə çatmaq üçün 3 üsul: sən də yoxla!

Baxış sayı: 1. 019

Nəyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqli görünmək, etdiyiniz işin yaxşı nəticəsini görmək – bütün bunları uğur, müvəffəqiyyət adlandırmaq olar.

Müasir dövrdə tez-tez belə kəlmələri eşidirik- “bəxti gətirən” , “uğurlu iş adamı” və s. Adətən, “uğur” dedikdə, insanın maliyyə vəziyyəti başa düşülür, yəni işində uğur qazanmısansa, özünə çox şey icazə verə bilərsən. İnsan uğuru başqa yöndə də qazana bilər, amma bu dəfə biz “Uğur qazanmaq üçün nə etmək lazımdır” sualına cavab axtaracağıq.

“Ağlın güclüdürsə, bədənin də güclü olacaq. Stress, əziyyət, bədbəxtliklərlə mübarizə apara bilərsən, özünü aşaraq nəyisə qurban verə bilərsən. Beləliklə, öz qarşında böyüyürsən, hər məşqdə məqsədinə çatırsan və bütün maneələri dağıdırsan ”.

Salt Leyk-Siti-dəki (ABŞ) “Gym Jones” idman zalına gələnlər, buranın direktoru Rob MacDonalddan belə bir monoloq eşidirlər. Ağıl gücünü də məşq etdirmək istəyirsən?

1) Özünə “yaşıl işıq” ver

Şübhə zərərlidir. Bunları ağlına gətirmə. “Öhdəsindən gələ biləcəmmi” və ya “məndə alınacaqmı” düşünmək əvəzinə, pozitiv düşünməyə başla.

Buna “yaşıl siqnal düşüncəsi” deyirik. Daim özünə bunları de:

“Mən öhdəsindən gələcəm”, “Bu asandır” və “özümü çox yaxşı hiss edirəm.” Təkrarla. Bu özünə inamını və enerjini artıracaq, buna görə xüsusilə çətin olduqda təslim olmayacaqsan. Daha da irəli gedə bilərsən. Döyüş çempionatında iştirak edərkən məşqçim Bryaan Keyn mənə evimdə, avtomobilimdə, ofisimdə yaşıl stikerlər yapışdırmaq tapşırığını verdi. Hər dəfə belə stiker görəndə yaşıl siqnal üzərində düşünməklə məşğul olmalı, növbəti mübarizədə niyə qalib gələcəyimi düşünməli idim.

2) Qələbəni vizuallaşdır

Məhəmməd Əli və Cek Niklaus da daxil olmaqla, bir çox məşhur idmançı döyüş öncəsi vizuallaşdırmadan istifadə edib. Üzləşdiyin vəziyyəti təsəvvür etdiyin zaman, eyni sinir şəbəkələri hərəkətlərin həqiqi icrasında olduğu kimi beyində də iştirak edir. Yəni hər hansı bir çətin sınaqdan əvvəl, sadəcə beynində uduzmaqla tam məşqdən keçə bilərsən. Hər gün vizualizasiyaya beş dəqiqə vaxt ayır. Dərindən nəfəs al və qarşıdakı sınağın bütün aspektlərini xəyal et. Başladığın işi bitirmək üçün güc taparaq, tükənməyi dəf etdiyini düşün. Bədəninin və ağciyərlərinin necə olacağını, nəfəs və ürək döyüntüsünün necə olacağını düşün. Yaşayacağınız duyğular, şübhələri aradan qaldırmaq haqqında və qələbə bərədə fikirləş, gözlərin önünə gətir. Nə qədər ətraflı təsəvvür edərsənsə, reaksiya sonradan daha düzgün olacaq.

3) Sevdiyin musiqini dinlə

Alimlər musiqi ilə idmanda məhsuldarlığı inkişaf etdirə bilməyi çoxdan sübut ediblər. Ancaq əsas odur ki, səni ruhlandıran və motivasiya edən musiqini tapasan. Səni çətinliklərdən yayındıra bilən və özündən üstün olmağına imkan verən bir musiqini. Burada da məşq etmək daha yaxşıdır. Bu kompozisiyanı ən çətin məşq günlərində qoş – beynin həmin səslə özünü aşmaq ehtiyacı ilə bağlantı yaradacaq. Test günü gələndə onu yenidən qoş. Səslərin keçmişdə özünü üstələməyə necə təşviq edəcəyini hiss edəcəksən. Və sən öhdəsindən gələcəksən.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir