elchin elibeyli

“Mənim üçün bir nömrə odur” – Elçin Əlibəyli bəyəndiyi teleaparıcıların adlarını açıqladı

Baxış sayı: 2. 636

Bir çox maraqlı telelayihələrin müəllifi, teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli bəyəndiyi aparıcıların adlarını “Gencaile.az”a açıqlayıb.

“Telekanallarımızda hansı aparıcıların aparıcılıq keyfiyyətlərini, bacarıqlarını təqdir edirsiniz?” sulını E.Əlibəyli bu cür cavablandırıb:

– Əslində, Azərbaycan teleməkanında çox istedadlı aparıcılar var. Və reytiqn cədvəlləri onun ən əsas göstəriciləridir. Mən şəxsləndirmək istəmirəm. Ancaq gerçəyi deyəndə gərək ad çəkəsən. Misal üçün götürək, Zauru. Zaurun aparıcılıq keyfiyyətləri, davranışı, verilişi idarə etməsi ümumiyyətlə qüsursuzdur. O insan çox ağılla, məntiqlə, televiziya qanunlarına uyğun şəkildə verilişini idarə edir. Eyni sözləri mən Nanə haqqında deyə bilərəm. Nanə çox maraqlı, çox ciddi vərdişləriolan aparıcılardandır. Eyni sözü mən Dilarə haqqında deyə bilərəm. Dilarə şou tipli proqramlarda əvəzsizdir. Çox maraqlı aparıcılar var əslində. Pis olanlar qeyri-peşəkarlardır və onlar tezliklə televiziyanı tərk edirlər. Ola bilsin ki, mən kimlərinsə adını çəkmədim, kimsə inciyəcək, ancaq elə deyil – reytinq cədvəlləri, tamaşaçı sevgisi ən gözəl ölçü vahididir. Mənim üçün ən yaxşı aparıcı, yəni “1 nömrə” Mirşahindir. Teleməkanımızın ən yaxşı moderator, siyasi tok şouların ən yaxşı aparıcısı odur.

Eyni zamanda, bir aparıcı var idi – hansı ki, efirdə çox görmək istərdim: Anar Yusifoğlu. Çox maraqlı, siyasi cəhətdən yüklənmiş, hazırlıqlı bir aparıcıdır. Onun istər tok-şouları, istər digər proqramları həmişə mənim diqqətimdə olub.  Düşünürəm ki, onun yeni uğurları olacaq və biz öz yazılarımızda bu faktları qeyd edəcəyik.

Ümumiyyətlə, hesab edirəm ki, aparıcılarımızın keyfiyyətləri, bacarıqları yetərincə yüksəkdir, sadəcə, biz onlara çox subyektiv baxırıq. Elə aparıcıları var ki, mən onların proqramlarına böyük maraqla baxıram, ancaq o proqram geniş kütlə üçün deyil. Amma onların istedadı danılmazdır, hər kəsin bir zamanı və öz tamaşaçısı var.