nermine abbasova

Nərminə Abbasova: “Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını itirir”

Baxış sayı: 1. 792

El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır.

Mövzu ilə bağlı  oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova bildirdi ki, bu artirit zamanı oynaq qığırdağında aşınma yaranır.

Nərminə xanım qeyd etdi ki, qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir:

“Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük sümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir. Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir.

Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də, amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq yüklənməsi ilə əlaqəlidir”.

N.Abbasova qeyd etdi ki, xəstəliyin ən çox rast gəlinən səbəbləri oynaq zədələnməsi, təkrarlanan yüklənmələr, sümük kənarlarında zədələnmələr, sümük xəstəlikləri, oynaqlarda inkişaf pozğunluğudur:

 

 

“İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır. Eyni zamanda eyni hərəkətlərin davamlı olaraq təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir.

Sümük kənarlarında zədələnmələrə gəlincə, oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilər. Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır”.

Sümük xəstəliklərindən bəhs edən həkim deyir ki, peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına bilir. Onun sözlərinə görə, sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar:

“Bədən nə qədər ağırdırsa diz, bud-çanaq, topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur. Oynaqlarda inkişaf pozğunluğuna gəlincə, xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur”.

 

 

Osteoartritin əlamətlərinə diqqət çəkən Nərminə xanım oxucularımızın “Oynaqlarımızda ağrı və digər şikayətlərimiz yaranarsa bunun osteoartrit olduğunu necə bilərik” sualına aydınlıq gətirən Nərminə xanım bildirdi ki, bu xəstəlikdə oynaq ağrısı, gərginlik və hərəkətlərdə məhdudluq, oynaqda həssaslıq, istlilik və şişkinlik, dizdə xışıltılar, sürtünmə səsləri, barmaqlarda sümük böyüməsi kimi əlamətlərdən ən azı birinin olması lazımdır:

“Gərginlik və hərəkətlərdə məhdudluq osteoartritin gec əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir. Oynaqda həssaslıq, istlilik və şişkinlik ən çox diz və əl barmaqlarında görülür. Dizdə xışıltılar, sürtünmə səsləri, barmaqlarda sümük böyüməsi, əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu, osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır. Osteoartritin risk faktorlarına gəlincə, osteoartrit çox geniş yayılmış bir xəstəlikdir, lakin hər kəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri bunlardır: 45 yaşdan yuxarı insanlar, oynaq travması keçirənlər, oynaqda davamlı olaraq təkrarlanan yükləmələr, qadınlara kişiərə nisbətən 3 dəfə çox rast gəlinir, valideynlərində osteoartrit olanlar və piylənmə”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




4 şərh “Nərminə Abbasova: “Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını itirir”

  1. Rəvanə Qiyaslı

    Oturarkən və ya yatan zaman kürəyinizə düzgün təmas etmək lazımdır. Əlinizdə baş barmaq zədələnərsə, baş barmaq “Splinti”-hazır sarğısından istifadə edin. Oynaqlarınızı gücə salacaq hərəkətlərdən uzaq durmaq. Oturarkən ayaqları bükmədən, uzadaraq oturmaq lazımdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir