Nermine  Abbasova

Bağırsaq sağlamlığı üçün düzgün pəhriz və fiziki aktivlik vacibdir

Baxış sayı: 399

Bağırsaq sağlamlığı üçün düzgün pəhriz və fiziki aktivlik də daxil olmaqla bir sıra sadə qaydalara riayət etmək vacibdir.

Bu barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova danışıb.

Həkim vurğulayıb ki, bağırsaqlar bizim uzunömürlüyümüzün, gəncliyimizin, sağlamlığımızın və immunitetimizin əsasıdır.

Oturaq həyat tərzi ilə də mübarizə aparmaq lazımdır

Mütəxəssis bildirib ki, bağırsaqların normal işləməsi üçün ilk addım lif ehtiva edən kifayət qədər qida qəbul etməkdir. Buraya tərəvəz, meyvə və göyərtilər daxildir. Oturaq həyat tərzi ilə də mübarizə aparmaq lazımdır.

Mütəxəssis qeyd edib ki, təmiz havada daha çox vaxt keçirməli, mümkün olarsa yoqa ilə məşğul olmaqvacibdir. Qeyd edilir ki, İnsanların təxminən 90 faizi ürək-damar xəstəlikləri, xərçəng, diabet və digər xəstəliklərin qarşısını almaq üçün faydalı olan kifayət qədər lif istehlak etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir