SOPİNQ

Niyə səyahətdə şopinq edək?

Baxış sayı: 659

Səyahətdə şopinq vaxt itkisidir”, “Burada ala bilirəmsə, o biri ölkədə niyə alım?”, “İstirahət etməyə gedirəm, alış-verişə yox” deyənlərdənsiniz? Elədirsə, düşünün: tətiliniz bitib, yenə iş günləri başlayıb və əyninizdə Parisin ətrini özünə çəkmiş köynək var. Səyahətinizin xoş, maraqlı anları fikrinizdə canlanır.

Hal-hazırda turizm sahəsində inkişaf edən turlardan biri də şopinq turizmidir. Turistlər başqa ölkəyə tarixi abidələrə, muzeylərə, parklara görə deyil, şopinqə görə gedirlər, amma öz yaşadığımız yerdə belə alış-verişdə çoxlu zaman itiririk. Bəs yad ölkədə həm zamanımıza, həm də büdcəmizə necə qənaət edə bilərik? Şopinqi harda edək? Necə edək? İşinizi yüngülləşdirmək məqsədi ilə sizin suallarınıza cavablar hazırladıq.

Niyə səyahətdə şopinq edək?” sualına cavablarımız.

 

Qiymət

Avro və dollar dövriyyəsini nəzərə alsaq belə, Avropa və ABŞ-da geyim, ayaqqabı daha ucuzdur. Həmçinin xüsusi endirimlərdən, aksiyalardan yararlanmaq mümkündür.

 

Seçim

man choosing clothes

Sözsüz ki, böyük bir şəhərdə seçim də daha çoxdur. Bütün dünyada yayılmış brend mağazaların belə çeşidləri bir-birindən kəskin sürətdə fərqlənir. Xaricdə qeyri-adi mallara daha çox rast gəlinir.

 

Milli brendlər

bags

Səyahətdə olan zaman özünüz üçün yeni sərhədlər aça bilərsiz. Şəhərlərdə özünüzə uyğun, keyfiyyəti yüksək, qiymətləri aşağı butiklərə rast gələcəksiniz. Vintaj mağazalara, “ikinci əl” dünyasına atılmaq isə tamam başqa aləmdir.

 

Bəs səyahətdə şopinq etməyin hansı qaydaları var?

clothes

Səyahətə başlamamışdan öncə özünüz üçün nə almalı olduğunuzu, nə istədiyinizi dəqiqləşdirin. Bundan sonra hansı brend mağazalara baş çəkməli olduğunuzu müəyyən edin. Əgər bu mağaza sizin şəhərdə də mövcuddursa, ora yollanıb mallara baxın, seçin, bəyənin. Mağaza sizin şəhərinizdə yoxdursa, onun internet saytında mövcud olan çeşidlərə nəzər salın. Bundan sonra isə siyahı tərtib edin.

Gəzəcəyiniz şəhərin xəritəsini telefonunuza yükləyin. Təkcə gəzməli olduğunuz yerləri deyil, həm də bəyəndiyiniz mağazaları xəritədə qeyd edin. Beləliklə, gəzinti zamanı ani bir şopinq edə bilərsiniz.

Sizə lazım olan əşyaları, geyimləri alın. Özünüzə artıq yük yığmayın. Əgər bəyəndinizsə, tələsməyin. “Bu mənə lazımdır?”, “Mən bunu geyinəcəm?” – suallarını özünüzə verin, ondan sonra isə ürəklə alıb, sevə-sevə işlədin.

 

Şopinq üçün ən yaxşı şəhərlər

man clothes

İndi isə, əsas sual – “harda?”. Buna cavab vermək üçün dünyanın ən məhşur şopinq mərkəzlərini, ən ucuz qiymətlərlə keyfiyyətli mallar təklif edən şəhərlərini bir araya gətirdik.

 

London

shopping mall

Son illərdə London dünyanın şopinq paytaxtına çevrilib. Hər küçəsində rəngarəng butiklər gözoxşayır. Şəhərin bəzi ticarət mərkəzlərində yaşamaq belə olar. Burada paltar axtarışına çıxan xanımlar üçün qalmağa otellər, restoranlar var.

Londonda olarkən Bond-strit, Oksford-strit küçələrinə dönməlisiz, bura moda dünyasıdır. Küçələr yüzlərlə müxtəlif stilləri əks etdirən, müxtəlif dizaynerlərin brendləri ilə tanınır. Təkcə Oksford-stritdə 548 mağaza var.

Bundan başqa Londonun böyük ticarət mərkəzlərini – Debenhams, John Lewis, Liberty, Selfridgesi unutmayın.

 

Paris

boss boss

Şopinqdən söz açıb, Paris deməmək mümkün deyil. Moda dünyasına incilərini bəxş etmiş Parisdə ən tanınmış brend mağazalar yerləşir. Parisin böyük ticarət mərkəzlərində – Le Bon Marche, Centre Commercial Beaugrenelle və Galeries Lafayettedə siz həm kişi, həm də qadın üçün geyimdən tutmuş, bəzək əşyaları, ətirlərə qədər hər şey tapa bilərsiniz. Həmçinin şopinq sevərlərə Parisin Rue Du Faubourg Saint, Place, Van Cleef&Arpels, Rue Etienne-Marcel küçələri maraqlı gələr.

Sevinin! Parisdə siz çoxlu qənaət edə biləcəksiniz. Burada ildə iki dəfə 70 faizlik endirimlər olur. Birincisi yanvarın əvvəlindən fevralın ortasına kimi, ikincisi iyun ayından iyul ayına qədər davam edir. Həmçinin La Valle Village-də hər il keçən sezonun geyimlərini 50 faiz endirimlə satılır. Sizə Paris bazarına getməyi də tövsiyyə edirik.

 

Milan

milan shopping mall

İtaliyanın moda şəhərindən heç nə almadan qayıtmaq olmaz. Məhz burada siz şopinqin nə olduğunu anlayacaqsınız. Bu yaxınlarda Milanda moda həftəsi – Milan Fashion Week keçirilmişdir. 17 sentyabrdan – 23 sentyabradək keçirilən moda sərgisində qadın geyimi kolleksiyası nümayiş etdirilib.

Sizə Milanın moda ürəyinə – “Quadrilatero Della Moda“-ya getməyi məsləhət edirik. Bura Milanın və dünyanın ən ecazkar küçələrindən biridir. Tanınmış dizaynerlərin hamısı “Quadrilatero Della Moda”-da öz mağazalarını açmağa can atır.

Corso Buenos Aires-də isə zövqünüzə uyğun geyimləri, bəzək əşyalarını daha aşağı qiymətlərlə tapa bilərsiniz. Həmçinin Milan, ticarət mərkəzləri ilə də tanınınır. La Rinascente, 10 Corso Como, Antonioli, La Vetrina di Beryl, Retail, People, Iceberg Milan, Castellani kimi şopinq mərkəzlərindən əli boş çıxmayacaqsınız.

Turistlər İtaliyada qış və yayda keçirilən “Saldi” günlərindən yararlana bilərlər. Bu dövrdə endirimlər 80 faizə qədər, seçim də bol olur.

Barselona, Tokio, Sinqapur, Amsterdam və s. şəhərləri də öz ticarət mərkəzləri ilə tanınır. Odur ki, səyahət edin, gəzin, əylənin və özünüzü yeni aldığınız əşyalarla sevindirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir