mekteb

Od qiymətinə MƏKTƏB HAZIRLIĞI

Baxış sayı: 357

Hər il avqustun sonundan başlayaraq sentyabrın 15-də açılacaq yeni tədris ilinə şagirdlərin hazırlığı mövzusu aktuallaşır. Uzun hazırlıqlardan sonra ötən gün valideynlər övladlarını məktəbə yola saldılar. Bu dövrlərdə əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Maraqlıdır görəsən bu il ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək uşağın hazırlığı neçəyə başa gəlib?

Yeni tədris ilinə hazırlaşan zaman əsas məsələ məktəbli formalarıdır.

Bakı Tikiş Evində (BTE) isə bu il qiymətlərin ucuzlaşdığı deyilir. Belə ki, uzunqol və qısaqol köynəklər 15 manata, şalvar və ətək 20 manata, ümumi məktəbli forması dəsti (şalvar-köynək, köynək-ətək) isə 39 manata satılır.

Çantalar 15 AZN-dən 60 AZN-ə qədər;

Dəftərlər 12 – 100 vərəqli olmağından asılı olaraq 0.15 AZN-dən 1.50 AZN-ə qədər;

Qələm 0.10 AZN-dən 1 AZN-ə qədər;

Sadə karandaş – 0.10 AZN-dən 1 AZN-də qədər;

Rəngli karandaşlar – 1.50 AZN-dən 8 AZN-ə qədər;

Karandaşyonan – 0.30 AZN-dən 2 AZN-ə qədər;

Pozan – 0.20 AZN-dən 1 AZN-ə qədər;

Plastilin – 1 AZN-dən 7 AZN-ə qədər;

Rəngli kağızlar – 1 AZN-dən 2 AZN-ə qədər;

Rəsm albomu – 1 AZN-dən 4 AZN-ə qədər;

Dəftər və kitab üzləri – 1.50 AZN-dən 3 AZN-ə qədər;

Qovluqlar 0.50 AZN-dən 4 AZN-ə qədər;

Yapışqan – 0.30 AZN-dən 2 AZN-ə qədər;

Ağardıcı – 0.60 AZN-dən 1 AZN-ə qədər;

Flomaster – 1.20 AZN-dən 5 AZN-ə qədər;

Xətkeş – 0.50 AZN-dən 5 AZN-ə qədər;

Marker – qiyməti 0.50 AZN-dən başlayır;

Su qabıları – 14 AZN-dən 18 AZN-ə qədər;

Termoslar – 7 AZN-dən 20 AZN-ə qədər;

Bunlarla yanaşı, məktəb açılmamışdan qabaq birincilər üçün siniflər bəzədilir, yaxalarına taxmağa süslər hazırlanır. İlk gün əllərinə gül buketi, gül xonçaları verilir. Bunları da xərclərin üzərinə gəlsək, bəzi valideynlərin haqlı narazılığını başa düşmək olar.

Apardığımız sorğudan məlum olub ki, məktəbli geyimi, ayaqqabı, məktəbli çantası, dəftər, qələm və digər məktəbli ləvazimatlarının orta hesabla 150-200 manat civarında təşkil edir. Hələ ailədə 2 uşaq varsa, gerisini siz düşünün…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir