oskurek

Öskürək üçün evdə hazırlanan təbii sirop

Baxış sayı: 1. 405

Son aylarda soyuq bizi öskürəklə sanki lənətləyir. Bəs öskürəkdən tez bir zamanda necə xilas ola bilərik? Öskürəkdən tez bir zamanda xilas edən, özünüzü gümrah hiss etdirən sirop reseptini təqdim edirik:

1/4 stəkan bal

1/4 stəkan təzə sıxılmış limon suyu

1 çay qaşığı rəndələnmiş zəncəfil

1/4 stəkan aptekdən alınan tərəvəz qliserini

Hazırlanması: Limon suyunu və zəncəfili qarışdıraraq kiçik bir qazanda aşağı temperaturda 10 dəqiqə qaynadın.

Sonra qarışığı orta boy bir kasaya süzərək boşaldın.

Tərəvəz qliserinini və balı kasaya töküb yaxşıca qarışdırın.

Siropu kiçik bir şüşəyə tökün və hava keçirməsinin qarşısını alacaq şəkildə bağlayın. Bu siropu 1 il soyuducuda saxlamaq olar. Qliserinin tarixinin keçməməsinə diqqət edin. Öskürdüyünüz günlərdə 3-4 saatdan bir 1 çay qaşığı içmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir