Zumrud Haqverdiyeva

Övladının davranışlarını düzəltməyə çalışan valideynlər – “SEANS VAXTI”

Baxış sayı: 549

“Hərşeyin ən yaxşısını bilən” kimi düşünənlər valideynlər, onlar üçün ən önəmlisi övladının davranışıdır. Misal: Kimisə bilmədən incidən uşağa, valideynin reaksiyası sərt olur. “Nə üçün üzr istəmədin!” Uşaq isə kimliyi incinmiş halda gedib, “Üzr istəyirəm “ deyər. Beləliklə uşağın bu davranışı, uzun müddət yada salınar və hər dəfəsində incidilir. Bir müddət sonra uşaq “üzr istəməyi “ öyrənir.

valideyn

Övladının şəxsiyyətinə və duyğularına önəm verən valideynlər isə başqa reaksiya verir. Bayaq nümunə çəkdiyim məqamda, bu zaman valideyn uşağını kənara çəkər və onunla təkbaşına danışar. “Mənim qızım (oğlum)” deyərək söhbətə başlayar. Doğrunu düzgün şəkildə izah etməyə başlayar. Bu zaman övladına bir şəxsiyyət olaraq yanaşar. Böyük ehtimalla uşaq bunu anlayacaq və gedib həmin şəxsdən üzr istəyəcəkdir. Bu hansı mesajı verir uşağa? Valideyni məcbur etdiyi üçün deyildə, doğru olan nədirsə onu etdiyini anlayır. Uşaq bunu həyata keçirdiyi zaman isə o mükafatlandırılmalıdır və “Təşəkkür edirəm” deyilməlidir.

Bu misal çəkdiyim 2 nümunədə böyük fərq var. Əsas olan isə uşağın özünü tərbiyə etməkdir. Bunu isə 2-ci nümunədə görürsünüz.

valideyn

Beləliklə, əziz valideynlər,övladınızı tərbiyə etdiyiniz zaman onun şəxsiyyətinə və duyğularına toxunmayın. Davranışlarını düzəltmək əvəzinə, doğru olanı düzgün şəkildə ifadə edin. O zaman isə düzgün davranışları daha sağlam formalaşdırmış olacaqsınız.

 

Psixoloq Zümrüd Haqverdiyeva

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir