YENIYETME

Övladlarınızda bu dəyişikliklərə DİQQƏT edin – PİS VƏRDİŞLƏRİN ilkin əlaməti

Baxış sayı: 896

Övladları yetkinlik yaşında olan valideynlərin daha bir narahatlığı onların zərərli vərdişlərə meyillənməsidir. Uşaqların ata və analarından gizlin bu cür zərərli vərdişlərə aludə olması onların sağlamlığı və gələcək həyatları üçün təhlükəlidir.

Beləliklə, “ağ ölüm”ə meyillənən yeniyetmələrdə ilkin zamanlarda baş verən dəyişikliyi təqdim edirik:

 

Həddindən artıq çox pul xərcləmək

Övladınız verdiyiniz pulunu tez xərcləyib bitirirsə, diqqətli olun. Xərcləmə səbəblərini araşdırın.

Evə gec gəlmək

Narkotik istifadə edən gənclər vaxtlarını daha çox açıq havada keçirirlər. Bu zaman onlar evə gec gəlirlər.

Yalan danışmaq

Pul xərcləmək, evə gec gəlmək, yalan danışmaq və dostları ilə vaxt keçirdiyi yerləri müxtəlif bəhanlərlə gizlətmək, narkotik istifadə edən yeniyetmələrin ən çox istifadə etdikləri “üsullar”dı.

Səliqəsizlik 

Narkotik istifadəçiləri geyimlərinə diqqət etmirlər. Eyni paltarı həftələrlə geyinə bilərlər. Saçlarına qulluq etmir, dağınıq halda gəzirlər.

Dərsdən qaçma

Pis vərdişə yiyələnən yeniyetmələr tez-tez dərslərdən yayınır, qaçırlar. Bu zaman uşaqlarınızın  məktəbdə olmadığı zamanı araşdırın.

Yeni dostlar qazanmaq

Narkotik istifadə edən gənclər köhnə dostlarından uzaqlaşırlar. Ailənin bilmədiyi yeni dostlar qazanırlar. Valideyn axtaranda isə övladını yaşına və təhsil səviyyəsinə uyğun olmayan yeni dostlarları ilə qarşılaşır.

Əsəbilik

Övladlarında hər şey yolunda gedərkən, ani əsəbilik, hadisələrə həddindən artıq həssas yanaşma, özünəqapanma halları görən valideynlər diqqətli olmalıdılar.

Çəki itirmək

Narkotikdən istifadə edən gənclərin yemək rejimində dəyişiklik olmasa da, arıqlamaları artıq ciddi narahatlığa işarədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir