mede agrisi

Mədəsində bakteriya və mikrob olanlar nə yeməlidir?

Baxış sayı: 1. 031

Bu gün mədəsi müayinə olunan, həzm problemi olan elə insan yoxdur ki, helikobakteri Pylory analizindən keçməsin və bu bakteriya onda aşkar olunmasın.

Məhz bu bakteriya mədədə kök salaraq, onu zədələyir, gələcəkdə xərçəngə belə gətirib çıxara bilir.

Mədə ağırlığı, daim köp, duru nəcis, mədədə yanğıdan əziyyət çəkənlərə bu bakteriya ilə mübarizə aparmaq üçün hansı qidaları yeyə biləcəklərini araşdırmışıq.

Beləliklə, mədə problemi, xüsusən pilori bakteriyası olanlar tez-tez bunları yesin.

 

1) Bal

Təmiz bal mədə bakteriyalarının qənimidir. Hər gün 1-2 qaşıq bal udmaq pilorini məhv edəcək

 

2) Quşüzümü

Bu giləmeyvənin şirəsi pilorinin həyat mənbəyini kəsir. Hər gün bir az için

 

3) Probiotiklər

Aptekdə satılan probiotiklər, eləcə də təbii probiotik təsirli qidalar – kələm suyu, duzlu kələm, təbii yoqurt, kefir, süd məhsulları mədənin mikroflorasını düzənləyir

 

4) Biyan kökü

Aptekdə “Solodki” adı ilə də tanınan bu bitkinin kökü, bitkisi və hazır şirəsi steroid hormonlar kimi iltihaba qarşı təsir edir. Siz onu qəbul etməklə Pilori bakteriyasının səbəb olduğu selikli qişanın iltihabını azalda bilərsiz

 

5) Yaşıl çay

Bu çayın yarpaqları sərbəst radikallar və zəhərli toksinləri çıxarır. Bu çay mədəni təmizləyib, tonusu təmin edər. Bir şərtlə ki, əsl təbii, iri yarpaqlı yaşıl çay sortu seçəsiz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir