usaqlar

Uşaqlarda pis vərdişlər niyə yaranır?

Baxış sayı: 392

Uşaqlarda müşahidə edilən pis vərdişlər çox vaxt onlarda olan psixoloji diskomfortdan irəli gəlir (uşağa və onun ehtiyaclarına diqqətin olmaması, ailədə aqressiya və münaqişələr, valideynlərin yüksək tələbləri və s.). Ona görə də valideynlər ailədaxili münasibətlərində diqqətli olmalıdırlar. Çünkü uşaqlar böyüklərin davranışlarını “kopyalayırlar”.
Uşaqlarda müxtəlif asılılıqların yaranmasının səbəbləri tamamilə fərqli ola bilər, lakin çox vaxt bu, uzun müddət davam edən stresdən qaynaqlanır.

Uşaqlada müşahidə edilən mənfi vərdişlərin siyahısı kifayət qədər böyükdür. İnsan həyatına və sağlamlığına daha çox mənfi təsir göstərən bəzi vərdişləri qeyd edə bilərik:

 

Narkotikdən asılılıq

Ağır xəstəlik və ölümcül bir vərdişdir. İnsan bir neçə dozada narkotik istifadəçisi ola bilər. Amma bəzilərində bu, dərhal asılılıq yaradır.

Narkotik təsiri altına ilk növbədə bunlar düşür:
1. Emosional insanlar – onlar asanlıqla öz üzərlərində nəzarəti itirirlər, qışqırırlar, aqressiv və eqoistdirlər, adətən həssas, dəyişkən olur və başqalarının təsiri altına tez düşürlər.
2. Psixi problemləri olan insanlar – onlar  zəif iradəyə malikdirlər, maraq və istəklərə sahib deyillər. Dəyişkəndirlər, çox vaxt planlı iş görmürlər, tənbəldirlər.

3. Epileptoid xarakter xüsusiyyətləri olan insanlar qəzəbə, səbəbsiz əhval dəyişikliyinə meyllidirlər. Onlar tutqun, şübhəli və dostcanlı deyillər, xarici dünyaya az maraq göstərirlər, dar dünyagörüşünə malikdirlər, başqalarının maraqlarını görməzdən gəlir, insanlarla az təmasda olurlar.
siqaret

Siqaretə meyillilik

Çoxlarında bu vərdişin formalaşması artqı böyüdüklərini sübut etmək istəyi nəticəsində yeniyetməlik dövründən başlayır. Nikotinin qəbulu çox tez asılılıq yaradır, baxmayaraq ki, ilkin olaraq siqaret çəkmək xoşagəlməz simptomlarla (başgicəllənmə, ürəkbulanma) müşayiət olunur. Siqaretin təsiri-nikotinin qəbulu ilə qısa müddətli eyforiya və rahatlamadır (bu səbəbdən bir çox siqaret çəkənlər stresli və gərgin vəziyyətlərdə istifadə etdikləri siqaret miqdarını artırırlar). Beyin tez bir zamanda siqaret çəkməyə alışır, nəticədə müntəzəm dozalar tələb olunur. Nikotin istifadəsinin səviyyəsinin azalması narahatlıq və gərginlik hisslərinə səbəb olur ki, bu da yalnız başqa bir siqaretlə söndürülə bilər. Siqaret çəkmək orqanizmə ciddi ziyan vurur.

Alkoqolizm

Alkoqolizm spirt tərkibli olan içkilərin tez-tez istifadəsindən irəli gəlir. Alkoqol vərdişi kiçik dozalardan başlayır, başlanğıcda bir çox spirtli içkilər dadsız görünə bilər. Asılılıq tədricən baş verir və sərxoşluğun eyni təsiri üçün insanın daha böyük dozada spirtə ehtiyacı olur. Bu patoloji proses dayandırılmazsa, insan alkoqolizmin son mərhələsinə çatır, bu zaman o, artıq spirtsiz mövcud ola bilməz.

usaq-siqaret

Uşaqları pis vərdişdən necə xilas etmək olar?

Uşaqlarda pis vərdişlər bəzi xarici və ya daxili faktorlara əsasən formalaşır. Beləliklə, bu amili aradan qaldıra bilsək problemin öhdəsindən gəlmək daha asan olacaq.
Yeniyetmədə pis vərdişin formalaşmasının səbəbi ailədə və ya məktəbdə müəyyən problemlər nəticəsində yaranan emosional stress də ola bilər. Stressin mənbəyini aradan qaldıra bilsəniz, vəziyyətdən çiza bilərsiniz. Təəssüf ki, bu, həmişə mümkün olmur.
Cəza uşağı pis vərdişdən qurtarmaq üçün kifayət qədər radikal bir üsuldur, lakin bu, yalnız vərdişin yeni formalaşmağa başladığı hallarda aktualdır. Cəzanın işləməsi üçün bu, təsirli olmalı və yalnız səbəb olduqda tətbiq edilməlidir. Cəzanın formalaşmış vərdişə heç bir təsiri olmayacaq. Təbii ki, cəza fiziki güc tətbiqi ilə əlaqələndirilməməlidir.
Pis vərdişlərin geri qayıtmamasını təmin etmək üçün onlardan sadəcə qurtulmamalısınız – onları yaxşı vərdişlərlə əvəz etmək lazımdır.

 

Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir