valideyn

Övladlığagötürmə ilə bağlı razılıq bu mərkəzdən alınacaq

Baxış sayı: 953

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətinə daxil edilən övladlığagötürmə sahəsində vəzifələrin icrasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Valideyn

Fərmsana əsasən, övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Agentliyin vəzifələri sırasına daxil edilib.

Övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına daxil edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir