Həyatın sınaqlarında qalib olmaq üçün özgüvən mütləqdir. Çox vaxt özünə inam haqqında yanlış fikirlər insanı ətrafına cahil biri kimi tanıda bilər.
Beləliklə, xarici KİV-ə istinadən özgüvən haqqında geniş yayılan yanlış və doğru fikirləri təqdim edirik:
Yanlış: Özgüvən doğuşdan gələn bir özəllikdir, yaxud bir qabiliyyətdir.
Doğru: Özgüvən əslində sahib olduğunuz deyil, sahib olmağa qərar verdiyinizdir.
Yanlış: Özünüzü olduğunuz kimi qəbul edin, səhvlərinizlə birlikdə sevməyə çalışın.
Doğru: Özünüzü olduğunuzu kimi qəbul etmək, səhvlərinizi bilməmək anlamında deyil.
Yanlış: Özgüvənli olmağı öyrəndiyiniz an, önünüzdə yeni bir qapı açılacaq. Daimi özgüvənə sahib olduqdan sonra yaşamaq daha asan olacaq.
Doğru: Özgüvən daimi olacaq deyə bir qayda yoxdur.
Yanlış: Etməli olduğunuz doğru iş keçmişi xatırlamaq və ondan dərs çıxarmaqdır.
Doğru: Səhvləri anlamaq gözəldir, amma uğur və qazanılanlardan da dərs çıxarmaq mümkündür.
Yanlış: Sizə nələrsə öyrədəcək, kiməsə sübut edəcək hobbilərinizlə hər zaman məşğul olun.
Doğru: Özünüzü sübut etmək məcburiyyətində olmayın və buna zaman sərf etməyin.