ozguven

Özgüvən haqqında YANLIŞ və DOĞRU fikirlər

Baxış sayı: 638

Həyatın sınaqlarında qalib olmaq üçün özgüvən mütləqdir. Çox vaxt özünə inam haqqında yanlış fikirlər insanı ətrafına cahil biri kimi tanıda bilər.

Beləliklə, xarici KİV-ə istinadən özgüvən haqqında geniş yayılan yanlış və doğru fikirləri təqdim edirik:

Yanlış: Özgüvən doğuşdan gələn bir özəllikdir, yaxud bir qabiliyyətdir.

Doğru: Özgüvən əslində sahib olduğunuz deyil, sahib olmağa qərar verdiyinizdir.

Yanlış: Özünüzü olduğunuz kimi qəbul edin, səhvlərinizlə birlikdə sevməyə çalışın.
Doğru: Özünüzü olduğunuzu kimi qəbul etmək, səhvlərinizi bilməmək anlamında deyil.

Yanlış: Özgüvənli olmağı öyrəndiyiniz an, önünüzdə yeni bir qapı açılacaq. Daimi özgüvənə sahib olduqdan sonra yaşamaq daha asan olacaq.
Doğru: Özgüvən daimi olacaq deyə bir qayda yoxdur.

 

Yanlış: Etməli olduğunuz doğru iş keçmişi xatırlamaq və ondan dərs çıxarmaqdır.
Doğru: Səhvləri anlamaq gözəldir, amma uğur və qazanılanlardan da dərs çıxarmaq mümkündür.

Yanlış: Sizə nələrsə öyrədəcək, kiməsə sübut edəcək hobbilərinizlə hər zaman məşğul olun.
Doğru: Özünüzü sübut etmək məcburiyyətində olmayın və buna zaman sərf etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir