ADAM

Özünüz haqqında bilmədiyiniz 7 FAKT

Baxış sayı: 638

Mədəmiz çox ağıllıdır

Gülməli görünə bilər, amma mədəmizdə bəzi heyvanlardan daha çox neyron var. Alimlər hətta bəzən onu “ikinci beyin”, daha dəqiq desək, onurğa beynindən sonra üçüncü beyin adlandırırlar. O, həqiqətən düşünməyə qadirdir, yalnız baş həmkarından daha primitiv kateqoriyalarda. Onun bütün fikirləri yeməyə, onu necə həzm etməyə, vitamin və qida maddələrini düzgün çıxarmağa həsr olunub. Tədqiqatçı Maykl Moslinin fikrincə, beyin daim mədə ilə əlaqə saxlayır. Yəqin ki, siz əsəbləşdiyiniz, qorxduğunuz və ya qəzəbləndiyiniz zaman yeməyin çox ağır formada həzm edildiyini çox hiss etmisiniz. Və hamısı ona görə ki, əsas qan axını əzələlərə gedir və mədə belə şəraitdə işləməkdən imtina edir.

 

Tüklərin biz-biz olması insanı qorumaq üçün imiş

Adrenalin xırda əzələləri stimulyasiya edərək, bəzən tüklərin dəridən aralanaraq biz-biz durmasına səbəb olur. Bu adətən üşüyəndə və ya qorxaqnda baş verir. Bu, bir vaxtlar əcdadlarımızın isinməsinə kömək edən, düşmən gözündə onları daha möhkəm edən ilkin qabiliyyət idi. Lazım olduqda bütün bədəndəki kiçik əzələlər gərginləşir və “saçları ucdan qaldırır”. Bu hal qalın xəz kimi yaxşı istilik izolyasiyası ilə dərini qoruyurdu. Ancaq müasir insanın hamar dərisi üçün bu bacarıq artıq faydasızdır.

 

DNT viruslardan ibarətdir

İnsan bədənindəki bütün virus və bakteriyaları bir yerə toplasanız, onların çəkisi 4 funt, yəni təxminən 2 kiloqram olardı. Ümumiyyətlə, İnsan Genom Layihəsinin araşdırmasına görə, insan DNT-si viruslardan çox şey götürüb. Viruslar çoxalmaq üçün öz DNT-lərini ana hüceyrəyə daxil etməlidirlər. Beləliklə, viruslar çox vaxt sperma və ya yumurtada olur. Təkamül zamanı bu, o qədər tez-tez baş verib ki, bu gün insan bədəninin 9%-ni viruslar təşkil edir. Məhz bu proses sayəsində bir tərəfdən irsi xəstəliklərə məruz qalsaq da, digər tərəfdən müəyyən xəstəliklərə qarşı immunitetə malikik.

 

İnsan özü-özünü qıdıqlaya bilmir

Özünüzü qıdıqlaya bilməzsiniz, əks halda şizofreniya xəstəliyiniz var. Qıdıqlama insanın biososial təbiətinin başqa bir təzahürüdür. Biz özümüzü qıdıqlaya bilmirik – beynimiz artıq nə gözlədiyini bilir. Hər zaman öz toxunuşlarını yad adamlardan ayıra bilməyən şizofreniya xəstələri istisna olmaqla.

 

Azad iradəmiz yoxdur

Sui-qəsd nəzəriyyəsi kimi səslənir. Oxşar ideyanı iradə azadlığı məsələsini elmi baxımdan araşdıran doktor Benjamin Libet də irəli sürüb. O, vaxtaşırı gözlənilmədən subyektlərdən əllərini qaldırmağı xahiş edən təcrübələr apardı. Eyni zamanda, o, şəxsin əmri həyata keçirməyə vaxt tapmadan əlinin qaldırdığını da qeyd etdi. Buradan belə nəticə çıxır ki, biz impulsiv, refleksiv – hətta iradəmizə qarşı da hərəkət edirik. Biz nə etdiyimizi yalnız baş verib bitdikdən sonra dərk edirik, lakin anlayışla bərabər bunun bizim iradəmiz olduğuna inam yaranır.

 

Vücudumuz zolaqlıdır

Zolaqlı rənglər əksər məməlilərdə olur və insanlar da istisna deyil. Adətən gözə görünməyən öz zolaqlarımız var. Xətlərimizi yalnız dermatoloji xəstəlik halında ayırd edə bilərik – piqmentasiya pozulduğu və bədəndə DNT-yə daxil edilmiş nümunənin göründüyü “Blaschko xətti”.

 

Dünyamız sünidir

Bizim gördüyümüz dünya real deyil. Beynimiz kamera deyil, gördüklərini çəkmir, yaradır. O, hiss orqanları vasitəsilə mövzu haqqında müəyyən məlumat alır, sonra isə şəkli özü bitirir. Bu sistemin dezavantajı, alimlərin fikrincə, gözlərimizin asanlıqla aldanmasıdır. Televiziya və müxtəlif optik illüziyalar təsvirləri təhrif edir və beynin ətrafdakı məlumatları dəqiq qəbul etməsinə mane olur. Məsələn, səmadakı ay olduğundan daha böyük görünür. Tədqiqatçılar iddia edirlər ki, ayın həqiqi optik təsviri xırda bir deşiyə bənzəyir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir