Koronavirusun yoluxma sürətini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil, ancaq yaya qədər pandemiyanın sakitləşəcəyini gözləməyin.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Belozersk İnstitutunun Virusologiya kafedrasının professoru Aleksey Aqranovski danışıb.
“Yayda vəziyyət daha yaxşı olacaq. Lakin neçə dalğaların və durğunluğun olacağını proqnozlaşdırmaq çətindir”, – deyə Aqranovski müsahibəsində bildirib.
Virusoloq bildirib ki, koronavirus yoluxmalarının şiddəti peyvəndin istifadəsindən, insanların davranışından və epidemiya əleyhinə standartlardan asılıdır.