1. Çili. Torres-del-Payne milli parkı
Buzluqdan qopmuş nəhəng aysberqi güclü külək Laqo Qrey çimərliyinə qədər gətirib çıxarıb.
Fotoqraf: Maykl Melfor
2. Avstraliya. 12 Həvari
Fotoqraf Maykl Melford “12 Həvari” adlanan əhəngdaşı yığınları arxasındakı dəyişən səmanı obyektivinə həkk etmək üçün Avstraliya Böyük Okean Yolundakı iki nöqtə arasındakı uçurum qayalıqların üzərində səbirlə gözləyib.
Fotoqraf: Maykl Melford
3. İslandiya. Stoksnes dağı
İslandiyanın şərqində günortaya yaxın Stoksnes dağının zirvəsində buludların paradı.
Fotoqraf: Tommi Budro
4. Çin. Xuanşan dağları
“Sarı dağlar” mənasını verən Xuanşan şərqi Çinin cənubi Anhoy əyalətində yerləşir. Ərazinin möhtəşəm peyzajları, qürubu, qranik zirvələri, şam ağacları, isti bulaqları, qarlı qışı və buludlar üzərindən açılan mənzərəsi insanları valeh edir. Xuanşan Çin ədəbiyyatı və rəssamlarının, o cümlədən də müasir dövr fotoqraflarının tez-tez müraciət etdiyi bir ərazidir.
Fotoqraf: Çun Fuk Tin
5. İndoneziya. İdjen vulkanı
Şərqi Yavada yerləşən İdjen adlanan yanardağın zirvəsində mavi südə bənzər yüksək turşuluğa malik krater gölü parlayır. Gün çıxmamışdan öncə qaz maskasının da tələb olunduğu turlar zamanı vulkanın gözqamaşdıran gecə alovlarının və “mavi” lavanın şahidi oluruq. Fotoqraf Şervin Maqsino deyir:
“Bu, gördüyüm ən gözəl vulkanlardan biridir”.
Fotoqraf: Şervin Maqsino
(“Nevarneyox.com”)