GEYIM

Payız-qış mövsümündə hansı rənglər dəbdə olacaq?

Baxış sayı: 504

Payız fəsli artıq başlayıb və havanın da temperaturu yavaş-yavaş aşağı düşür. Bu isə geyimlərdə özünü göstərir. Bəs, bu payız və qış fəslində əsasən hansı rəngli geyimlər dəbdə olacaq?

Hər zaman xilasedici klassik qara rəngli geyimlər bu payız mövsümündə heç də dəbdə olmayacaq. Qara rəngi əsasən çəhrayı, açıq rəngli yaşıl rənglər əvəzləyəcək.

Əsasən isə aşağıdakı rəngli geyimlər dəbdə olacaq:

 

Çəhrayı 

Keçən mövsümdən etibarən “Barbie” filmi və “Valentino” markasının təsiri ilə yüksəlişdə olan bu rəng, payız-qış mövsümündə ən çox seçilən rənglərdən biri olacaq.

Açıq yaşıl 

Yay mövsümündə kətan paltarlardan yavaş-yavaş daha qalın parçalarda üstünlük verilməyə başlanan açıq yaşıl rəngi, bir çox fərqli rənglə birləşərək istifadə edilə bilər.

Tünd mavi 

Olduqca zərif kombinlərdə istifadə olunan bu rəng mavinin digər çalarlarını rahatlıqla müşayiət edə bilir. Qəhvəyi, bej və ağ rənglərlə çox yaraşdırdığımız mavi tonu bu sezonda tez-tez görəcəyik.

Canlı yaşıl

Yay mövsümündə demək olar ki, hər mağaza vitrinində rastlaşdığımız bu rənglə payız-qış mövsümündə də istifadə edə bilərsiniz. Soyuq havaların klassik rənglərindən bir az uzaqlaşmaq üçün bu rəng çox yaxşı alternativdir.

Narıncı

Hər saç və dəri rənginə uyğun olduğuna inandığımız narıncı rəng, yaşıl kimi qarderoblarınıza sevinc gətirəcək bir rəng olaraq növbəti mövsümdə kombinlərə yoldaşlıq edəcək.

Zeytun yaşılı 

Növbəti sezon yaşıl rənglərin mövsümüdür! Hər tonunu sevdiyimiz zeytun yaşılı gələcək sezonda yüksəlişdə olanlar arasındadır. Çox qəşəng bir rəng olduğuna inandığımız bu rəngi qəhvəyi, qara və ağ kimi klassik rənglərlə tamamlaya bilməzsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir