qida

Payızda immuniteti artırmaq üçün necə qidalanmalı?

Baxış sayı: 1. 607

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik. Beləliklə, viruslara qarşı orqanizmin müdafiəsini artıran qidaları təqdim edir.

Təzə qoz

Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.

İspanaq

C və E vitaminilə zəngin olan ispanaq lutein, zeaksantin, betakaroten və glutatyon kimi birləşmələrlə zəngin olan bir antioksidantdır. Ürək və damar xəstəliklərindən qəbizliyə, xərçəngdən diabetə qədər bir çox xəstəliyə faydalı olan, həm su səviyyəsi yüksək, həm də aşağı kalorili bir tərəvəzdir.

Balqabaq

C vitamini baxımından da zəngin olan balqabaq antioksidant xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir, göz sağlamlığını və xərçəngə qarşı orqanizmi qoruyur.

Soğan-kəvər

A və C vitamini ilə zəngin olan soğan-kəvər immunitet sistemini qüvvətləndir bir çox birləşməyə sahibdir. Dietoloqlar bu göyərtini mövsümündə mütləq istifadə etmək lazım olduğunu deyirlər. Aşağı kalorili olduğundan pəhriz saxlayanlar üçün də faydalı bir alternativdir.

Xurma

Şirni istəyini yatırmaqda olduqca müvəffəqiyyətli olan 1 orta boy xurma 2 pors meyvəyə bərabərdir. Pəhrizdə xurmanın üzərinə 2-3 ədəd qoz ləpəsi əlavə edib, darçın səpərək, möhtəşəm bir şirniyyat əldə etmək olar. Ya da səhər naharı üçün qatıq və yulafla bərabər yeyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir