xestelik

Payızda soyuqdəymədən necə qorunaq? - EKSPERT RƏYİ

Baxış sayı: 381

Payız mövsümündə havanın soyuması ilə bərabər, soyuqdəymə və qrip xəstəliklərinin artdığı bir dövrdür. Bu xəstəliklərdən qorunmaq üçün bir neçə sadə addım atmaq mümkündür. Bu mövzuda nələr etmək olar sualına cavab tapmaq üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovaya mürcət etdik və mütəxəssis payızda xəstəliklərdən qorunmaq üçün aşağıdakıları məsləhət gördü:

Nermine Abbasova

Gigiyena: Əllərinizi tez-tez sabunla yuyun, xüsusən də ictimai yerlərdə olduqdan sonra. Antiseptik vasitələrdən də istifadə edin.

Geyim: Hava dəyişikliklərinə uyğun geyinin. Soyuq hava ilə təmasda qalmağı azaltmaq üçün qat-qat geyim seçin.

Vitaminlər: C vitamininin istehlakını artırın. Təzə meyvə və tərəvəzlər immun sisteminizi gücləndirir.

Hidratasiya: Yeterli su içmək, bədəninizin sağlığını dəstəkləyir. Çay və sup da yaxşı seçimdir.

İdman: Fiziki aktivlik, immunitet sisteminizi gücləndirir. Gündəlik yürüşlər və ya evdə sadə məşqlər edin.

İmmun sistemini gücləndirən qidalar: Sarımsaq, zəncəfil və yoğurt kimi qidalarla dietanızı zənginləşdirin.

Bu sadə addımlarla payızda soyuqdəymədən qorunmağı bacararsınız. Sağlam qalın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir