kokelmek

Piylənmənin qarşısını necə almaq olar?

Baxış sayı: 481

Xəstəlik olaraq qəbul edilən və bədəndə piy qatlarının artmasına səbəb olan köklük siqaretdən sonra ölümün ikinci ən əsas səbəbidir.

Piylənmə maddələr mübadiləsinin pozulması nəticəsində orqanizmdə piyin həddindən artıq yığılmasıdır.

Artıq piy dəri altına, daxili orqanlara yığılaraq funksional və orqanik zədələnməyə səbəb olaraq ölüm riskini artırır.

Piylənmə insan orqanizmində ürək-damar, tənəffüs, hormonal və həzm kimi sistemlərə mənfi təsir edən və bir çox mühüm xəstəliklərin yolunu açan bir xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ilə yaydığı hesabata əsasən, Türkiyə Avropanın ən obez, yəni, piylənmənin çox olduğu ölkəsidir. Belə ki, ölkədə hər üç adamdan birinin obez olduğu təxmin edilir.

Dünyada təxminən 2 milyard yetkin insan artıq çəkidən əziyyət çəkir, onlardan 650 milyonu obezdir. Piylənmə yalnız Avropada hər il 1 milyondan çox insanın ölümünə səbəb olur. 2025-ci ilə qədər hər 5 adamdan 1-nin artıq çəkidən əziyyət çəkməsi gözlənilir.

Araşdırmalara görə, piylənmə xüsusilə son 42 ildə bütün dünyada sürətlə artaraq epidemiya kimi yayılıb. Fəaliyyətin azalması, enerji qəbulunun artması və inkişaf edən texnologiya ilə qidalanma vərdişlərinin sürətlə dəyişməsi piylənməni sürətləndirən səbəblərdəndir.

Həkimlərin sözlərinə görə, piylənmə insan orqanizmində ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, hipertoniya, xərçəng, diabet, dayaq-hərəkət sistemi xəstəlikləri kimi bir çox mühüm xəstəliklərin yolunu açan bir xəstəlikdir. Tədqiqatlar göstərir ki, Avropada piylənmə ilə mübarizə aparan xəstələrin 80 faizi tip 2 şəkərli diabet xəstəliyindən, 35 faizi ürək-damar xəstəliyindən, 55 faizi isə hipertoniyadan əziyyət çəkir.

Qeyd etmәliyik ki, şüursuz pəhriz və ya məşqlər piylənmə üçün həll yolu deyil, həm də müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir