Postkovid sindromu

Postkovid sindromu zamanı hansı qidaları qəbul etmək olmaz?

Baxış sayı: 173

Postkovid sindromu zamanı şəkər və yüksək qlisemik indeksi olan qidalar qəbul edilməməlidir.

Bunu rusiyalı həkim-dietoloq, professor Mixail Qinzburq deyib.

“Postkoid sindromu” – sağalandan sonra bir müddət davam edən simptomlar toplusudur. Postkovid əlamətləri arasında baş ağrısı, halsızlıq, yaddaşın pozulması və başqaları var.

Həkimin sözlərinə görə, bu sindrom bədəndə iltihablı aktivliyin artmasıdır, bu zaman soyuqdəymə əleyhinə pəhriz təsirlidir.

“Mümkünsə şəkər və yüksək qlisemik indeksi olan qidaları, yəni ələnmiş unu, kartofu, düyünü rasiondan çıxarmaq lazımdır. Həmçinin xurma, günəbaxan, qarğıdalı, soya yağı, marqarin, qırmızı ət və ondan olan məhsullar, kolbasalar, dərin emal məhsullarını”, – deyə mütəxəssis bildirib.

Həkim vurğulayıb ki, eyni zamanda yağ turşuları ilə zəngin qidaları dietaya əlavə etmək lazımdır.

“Omega-3” və yağ turşuları ilə zəngin qidaları artırırıq – bu yağlı dəniz balığı, kətan toxumu və zeytun yağıdır (“Omega-9”). Daha çox tərəvəz, giləmeyvə, göyərti və çox şirin olmayan meyvələr, şəkərsiz fermentləşdirilmiş süd məhsulları və kompleks karbohidratlar – qarabaşaq yarması, yulaf ezmesi, kəpək çörəyi əlavə edirik”, – deyə həkim qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir