This image is taken using a Canon 20D or 350D at ISO 200

I have not used any noise reduction on this image. I develop all of my pictures in Phase One (Capture One Pro) with a sharpening setting of 65 which is low but still reveals a lot of detail without overfiltering or degenerating the image quality

Provayderlərin internet fırıldağı

Baxış sayı: 711

Günümüzün ən aktual problemlərindən biri istifadə etdiyimiz internetin keyfiyyəti ilə bağlıdır. Ölkəmizdə demək olar ki, əksər fiziki və hüquqi şəxslər internetin mövcud sürətindən narazıdır. Bir neçə il bundan əvvəl peykimiz kosmosa göndərildikdən sonra belə bir xəbər yayıldı ki, ölkədə internetin surəti əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşacaq. Bunu onunla əsaslandırdılar ki, əgər, biz əvvəllər interneti Avropa, Rusiya və Türkiyə peyklərindən alırdıqsa, bu gündən etibarən öz peykimiz vasitəsilə daha keyfiyyətli və sürətli internetə sahib olacağıq.

Lakin verilən vəd özünü doğrultmadı. İnternetimizin sürəti getdikcə daha da bərbad vəziyyətə düşdü. Kosmosa peyk göndərmiş bir ölkənin vətəndaşları yenə də sürəti çox zəif və keyfiyyətsiz internetdən istifadə edirlər. Provayderlər aylıq 10-30 manat qarşılığında 10, 15, 20 mbit/san sürətində təklif etsələr də, əslində həmin sürətlə adi xəbər saytlarına daxil olub hansısa məlumatı oxumaq belə mümkün olmur.

Bəs vətəndaşlarımızın internet əzabı çəkməsinin səbəbi nədir? Niyə sürətli internetdən bəhrələnə bilmirik? Problemin kökü haradan qaynaqlanır? Doğrudanmı vətəndaşlar provayderlərin internet fırıldağının qurbanına çevriliblər?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə belə münasibət bildirdi: “Danılmaz faktdır ki, Azərbaycanda internetin qiyməti qonşu dövlətlərə misbətən xeyli bahadır. Azərbaycan İnternet Forumu olaraq tez-tez ölkəmizdəki internetin cari vəziyyətinin monitorinqini aparırıq. Azərbaycan qonşu ölkə olan Gürcüstana internet satır. Həmin ölkədə internetin qiyməti bizdəkindən qat-qat ucuzdur. Azərbaycan interneti Delta Telekom adlı şirkət vasitəsilə əldə edir. Yəni ölkəmizdə fəaliyyət göstərən provayderlərin 99%-i interneti həmin Delta Telekom adlı şirkətdən alırlar. Maraqlısı ondan ibarətdir ki, qonşu Gürcüstana da internet həmin şirkət ödəyir. Lakin necə olursa Gürcüstanda internetin qiyməti bizdən xeyli ucuz olur. Ölkəmizdə provayderlər daha çox pul qazanmaq üçün aldıqları interneti göstərilən normadan daha çox insana satırlar. Bu qeyri-qanuni bir haldır və istifadəçilər aldadılır. Provayderlər Delta Telekomdan az miqdarda internet alır, çox insan arasında bölür. Bu dünyada misli görünməmiş bir hadisədir. Provayder faktiki olaraq olmayan bir əşyanı satır. Faktiki olaraq 100 nəfər arasında bölünməli olan internet minlərlə insan arasında bölünür. Deyilir ki, Azərbaycanda 2 milyon insan internetdən istifadə edir.

“Azərspace peyki internetə qoşulmaq üçün nəzərdə tutulmayıb” – Osman Gündüz qeyd etdi:

“Peykimizin kosmosa göndərilməsi çox mütərəqqi bir haldır. Lakin nəzərə almaq lazımdı ki, “Azərspace” peyki nə internetimizin qiyməti, nə də sürətinə elə də ciddi təsir göstərə bilməz. Biz Delta Telekomdan illik 100 g.bit internet alırıq. “Azərspace” isə bizə illik 5-10 g.bit internet verə bilər. Bu isə vətəndaşlarımızın internetlə təmin olunmasına kifayət etməz. Biz həmin peykin verdiyi internetdən yalnız “fors-major” hallarda istifadə edə bilərik. Yəni həyati məsələlərin həlli zamanı biz həmin peykin internet imkanından yararlana bilərik”.

“Provayderin aldığı internet onun istifadəçilərinin sayına mütanasib olmalıdır” – deyə Osman Gündüz münasibət bildirdi:

“Azərbaycandakı provayderlərin əksəriyyəti aldıqları interneti liimitdən çox adama satırlar. Məsələn, yüz meqabit internet əgər yüz istifadəçi arasında bölünməlidirsə, provayderlər onu min istifadəçi arasında bölürlər. “Delta Telekom” öz saytında provayderlərə verdiyi internetin sürətini göstərir. Amma Rabitə və Yüksək Texnologiyalar Nazirliyi provayderlərin sayını, müştərilərə təqdim etdikləri internetin sürəti barədə məlumatı bizə vermir ki, müqayisə aparaq. Biz provayderin nə qədər internet aldığını bilsək də,onu neçə adama satdığını bilmirik”.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşviq Əmirov bu fikri təkzib etdi və qeyd etdi ki, Nazirlik internet satışı ilə məşğul olmur. Bunu provayderlər həyata keçirir:

“Biz vaxtaşırı olaraq vətəndaşların bu cür problemlərlə müraciətinin şahidi oluruq. Həmin müraciətlərə baxır və onları araşdırırıq. Bəzən texniki nasazlıq üzündən internet xidmətlərinin təqdimatı istiqamətində problem yaşanır. Amma bu hal daimi ola bilməz”.

Görünən odur ki, keyfiyyətsiz internetlə təmin olunmağımızın əsas səbəbkarları provayderlərdir. Məhz provayderlərin artıq qazanc əldə etmək hərisliyi internetimizin keyfiyyətinin mövcud səviyyəyə enməsinə səbəb olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir