AILE BUDCESI

Pulu bir yerdə olan cütlüklərin münasibəti necə olur?

Baxış sayı: 561

Maliyyə məsələlərini birlikdə idarə edən cütlüklər ailədə sevgi və harmoniyada daha uzun yaşaya bilərlər. Bunu elm adamlarının yeni bir araşdırması üzə çıxarıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, ortaq bank hesabı olan cütlüklər nəinki daha yaxşı münasibətlərə malikdir, həm də pul üstündə daha az mübarizə aparır və ev təsərrüfatlarının maliyyəsinin necə idarə edildiyini daha yaxşı hiss edirlər.

Tədqiqatçılar nişanlı və ya yenicə evli olan 230 cütlüyü müşahidəyə götürdülər və birlikdə evlilik həyatına başlayanda iki il onları izləiblər.

Bəzi cütlüklərə öz ayrı bank hesablarını saxlamaq tapşırılıb, bəziləri isə əvəzinə ortaq hesab açmağa təşviq edilib.

aile budcesi

Üçüncü qrupa da öz qərarlarını verməyə icazə verilib.

Təhlil göstərib ki, ortaq bank hesabları açan cütlüklərin münasibəti ayrı-ayrı hesablar saxlayanlara nisbətən iki il sonra əhəmiyyətli dərəcədə yüksək olub.

Alimlər hesab edirlər ki, vəsaitlərin birləşdirilməsi cütlərin öz maliyyə məqsədləri ilə daha çox uyğunlaşması və bir-birləri ilə daha açıq olması deməkdir.

pul

Bu, həm də tərəfdaşların bir-birinin ehtiyaclarına cavab verdiyi “evlilik haqqında ümumi anlayışa” gətirib çıxarır.

Ancaq ayrıhesabları olan cütlüklər maliyyə qərarlarına daha çox fikir mübadiləsi kimi baxırlar və onlar üçün əlaqələri bitirmək daha asan ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir