revane hesimova

Qadın Kulinariya Akademiyasının rəhbəri:”Elə bu səbəbdən də qərara gəldim ki…”

Baxış sayı: 1. 746

Şirniyyat xalqımızın vazgeçilməz qida növüdür. Azərbaycan şirniyyatlarının özünəməxsus gözəlliyi var. Bu ənənəni qoruyub saxlayan şirniyyatçılarımız da az deyil. Onlardan biri də Sumqayıt şəhərindəki ilk Qadın Kulinariya Akademiyasının rəhbəri Rəvanə Həşimovadır. Rəvanə xanımla söhbətimiz zamanı bu peşəyə yiyələnmə tarixçəsindən, gələəcək hədəflərindən bu sahəylə bağlı digər maraqlı məqamlardan danışdıq.

 

– Artıq 15 ildir bu işlə məşğulsunuz. Maraqlıdır, necə oldu ki, siz məhz şirniyyatçı olmaq qərarına gəldiniz?

– Bu sənət mənə anamdan keçib. Hələ uşaq olanda anamın hazırladığı müxtəlif növ şirniyyatlara, tortlara böyük maraq göstərirdim. Yadınızdadısa, vaxtilə ANS televiziyasında “Qaynar qazan” proqramı yayımlanırdı. O vaxt həmin verilişdə Bəhruz Qəlbinur efirə çıxırdı. Həmin verilişin efirə getməsini səbirsizliklə gözləyir, Bəhruz ustanı heyranlıqla izləyirdim.  Elə həmin vaxtdan gələcəkdə onun kimi peşəkar şirniyyatçı olmağı arzulayırdım. Demək olar ki, ən böyük arzum bu idi.

 

– Belə bir deyim var ki, xəmir edərkən usta əlinin istisini xəmirə keçirməlidir. Əgər şirniyyatçı işiniz zövqlə görməsə, sanki xəmir də ondan “küsür”. Həqiqətən belədirmi?

– Əlbəttə, bu deyim doğrudur. Hansı peşənin sahibi olmağın fərqi yoxdur. Hər kəs öz işini sevməlidir. Əgər işini sevərək, ürəkdən görmürsənsə, bu o deməkdir ki, işini sadəcə iş xatirinə icra edirsən. İşin içində sevgi yoxdusa, ortaya qoyulan işin özü də istənilən kimi alınmayacaq. Öz peşənizə dəyər verirsinizə, peşənizin də sizi dəyərli edəcəyindən, yüksəklərə qaldıracağından əmin ola bilərsiniz. Sənətə verilən dəyərin nə qədər önəmli olduğunu anlayan biri kimi sənətimi çox sevirəm.

tort 1

– Şirniyyat bişirməyin sirlərini öyrətdiyiniz xeyli tələbəniz var. Bu peşəyə yiyələnmək istəyən gənclərə ən əsas nələri aşılayırsınız?

– Bayaq dediyim kimi, əsas odur ki, işini sevəsən. Tələbələrimə ən əsas bunu aşılayıram və təbii ki, özüm də ədalətli olmağa, tələbələrimə bu işin hər detalını öyrətməyə çalışıram. Hər şeyi aydın şəkildə izah etməliyəm ki, onlar gələcəkdə əziyyət çəkməsinlər. Bu məsələdə diqqət edilməli məqamlardan biri də səliqəli işləməyi bacarmaqdır. Ən xırda detalı belə nəzərə almaqla səliqəli işləməliyik ki, ortaya çıxardığımız məhsul da ürəkaçan olsun.

 

– Son dövrlər ən çox hansı tortlara üstünlük verilir?

– Son vaxtlar hər kəs yeni görünüşlü trend tortlara üstünlük verir. Hamı yeni dad axtarışındadır. Bunu nəzərə alıb, yeniliklər üzərində işləyirik. Tələbələrimizə də fərqli təamların hazırlanmasını öyrədirik ki, onlar da dövrün tələbləri ilə ayaqlaçmağı bacarsınlar.

 

– Koranavirus pandemiyası sizin işinizə nə dərəcədə təsir göstərir?

– Koronavirus pandemiyası təkcə bizə yox, bütün dünyaya təsir etdi, bütün sahələrə zərbə vurdu. Bizim dərslərin davamiyyətində də tətbiq olunan məhdudiyyətlər səbəbindən problem yarandı. Amma bu xəstəliyə ən qısa zamanda birlikdə qalib gələcəyimizə inanıram.

tort 2

– Bir şirniyyatçı olaraq əsas hədəfləriniz nələrdir?

– Yuxarıda qeyd etdiyim kimi, tələbələrimə dərsləri ən yaxşı şəkildə keçməyə, belə demək mümkünsə, əlimdən gələndən daha artığını etməyə çalışıram. Əsas hədəfim odur ki, yetişdirdiyim tələbələr ölkənin tanınmış dizaynerlərindən olsunlar. Bu mənim üçün çox qürurverici olar. Əsas məqsədim məktəbimi daha da yüksək səviyyəyə qaldırmaq və təcrübəli şirniyyatşılar yetişdirməkdir.

tort 3

Məktəb demişkən, bildiyimiz qədəri ilə Sumqayıt şəhərindəki ilk Qadın Kulinariya Akademiyasının rəhbərisiniz. İstərdik ki, bu klinariya akademiyası haqda məlumat verəsiniz və bu sahəyə maraq göstərən və bu peşəyə məhz sizin rəhbərliyiniz altında yiyələnmək istəyənlər üçün iş prinsipləriniz barədə maraqlı məqamlara aydınlıq gətirəsiniz.

– Düzü, indiki dövrdə kulinariya kursları yetərincədir. Amma bundan 5-6 il öncə demək olar ki, yox idi. Həmin vaxtlar bu peşəyə yiyələnmək istəyənlər, bu məqsədlə mənə müraciət edənlər olduqca çox idi. Elə bu səbəbdən də qərara gəldim ki, Qadın Kulinariya Akademiyasını yaradım. Əgər gənclərdə bu sahəyə həvəs, işləmək əzmi varsa, niyə də belə bir akademiya olmasın?! Bəlkə də indi mənim rəhbərliyim altında bu peşəyə yiyələnən tələbələr gələcəkdə tanınmış dizaynlərləri olacaqlar. Bu işdə onlara yardımçı olduğum üçün ancaq sevinə bilərəm.

 

Söhbətləşdi: Tural Məmmədov

tort

tort 4




10 şərh “Qadın Kulinariya Akademiyasının rəhbəri:”Elə bu səbəbdən də qərara gəldim ki…”

  1. Həmidə

    Wirniyyat yeyen ve hazirlayan biri kimi deyim ki, el iwleriniz superdi
    Hem wirniyyat hem gozellik bir arada olanda goruntu sadece mohtewem ve iwtah acandi🥰

    Cavabla
  2. Esma Velizade

    Öz ayaqları üzərində duran hər əməkdar xanım kimi sizə də dərin təşəkkürümü bildirirəm Rəvanə xanım. Uğurlar

    Cavabla
  3. Elmira Xudiyeva

    Kurs haqda etraflı melumati nece eıde etmek olar. Qiymetler, sertifikat verilirmi ve s.

    Cavabla
  4. Ginekoloq Aygün Ağayeva

    Sumqayıtın hansı hissəsində yerləşir? Maraqlanan tanışlarım var

    Cavabla
  5. Səbinə

    İşini sevərək etmək hər zaman daha gözəl nəticə əldə etməyə imkan verir. İşinizdə uğurlar.

    Cavabla
  6. Ruhiyyə

    Ayliq qiymetler, dersin gun erzinde nece saat olmasi, heftenin nece gununu ehate etmesi haqda melumat verilse daha yaxsi olar

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir