qadin

Qadınlara qarşı zorakılıq halları artıb, amma…

Baxış sayı: 1. 159

2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb.Bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: Məişət zəminində baş verən cinayətlər nəticəsində özünü öldürənlərin 112 nəfəri qadındır ki, onların da 11 nəfəri azyaşlı qızlardır.

 

Qanunvericilik var, amma…

Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq halları mövcuddur. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirir ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir. Mütəmadi sosial proqramlar və maarifləndirmə kampaniyaları aparılsa da, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb.

 

 

Qadınlara qarşı zorakılıq onların yaxınlarından törədilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dünyada qadınların 35%-i zorakılığa məruz qalır və zorakılıq halları əsasən qadınlara qarşı onların yaxınları tərəfindən törədilir. İctimai səhiyyə baxımından gələcəkdə böyük təhlükələrin yaranmasına səbəb olan qadınlara qarşı zorakılıqla ölkəmizdə mütəmadi olaraq mübarizə aparılır. Ümumən dünya ölkələri arasında qadınların zorlanması üzrə lider ölkə Hindistandır.

Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan  dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.

Ä°lgili resim

Psixoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha da ağır nəticələrə gətirib çıxarır.

Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.

 

Bu şəxslər barədə məlumat bazası yaradılıb

Müasir zamanda məişət zorakılığı ilə mübarizədə gender bərabərliyi demokratik institutların səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlar da müvafiq tərbiyəvi, profilaktik işlər aparırlar. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılıb.

 

Dünya bu halları bağışlamır – qanunlar sərtdir

Amma inkişaf etmiş dünya ölkələrində zorlama ilə bağlı bir-birindən fərqli cəzalar tətbiq olunur. Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddət hadisələri təcavüz kimi qiymətləndirilir. Belə ki, qurbanın mimika və sözlü ifadə ilə cinsi aktı istəmədiyini bildirməsi cəzalandırmaya birbaşa əsas yaradır. Qurbanın “yox” deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.

Türkiyədə isə cinsi xarakterli sözlər də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət törətmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayətçi olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təmasın gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətlə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əllə toxunmaq cinsi hücum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.

kadına şiddet ile ilgili görsel sonucu

 

Fransa

Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul ediən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransadakı qanunda təcavüzün miqyası geniş tutulur. Təhdid və ya “ani” cəhdlərlə cinsəlliyə zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbslə yekunlaşır. Sözlə təkrarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.

 

İtaliya

İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun qüvvəyə minməsinin üstündən xeyli vaxt keçib. 1996-cı ildəki qanuni  düzəlişlər qüvvəyə minənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindəki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbslə yekunlaşdırılır.

 

İsveçrə

İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar “cinsi zorlama” olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki  hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənməlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. İsveçrədə, ümumiyyətlə, 2004-cü ildən etibarən evlilik daxilində baş tutan təcavüzlər cəzalandırılır.

Ä°lgili resim

 

İsveç

İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan  – sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda  – faydalanmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyən və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmiş cinsi aksiyalar da artıq təcavüz olaraq qiymətləndirilir.

 

ABŞ

ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlilik göstərir. Amma ştatlar arasındakı fərq böyükdür. Bəzi ştatlardakı qanunlar olduqca liberal özəlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda “Bəli, bəli deməkdir” qanunu keçərlidir. Buna görə də hər iki partnyorun cinsi akt öncəsi “hə” deməsi, ən azından mimikaları ilə razılıq verməsi vacibdir. Ancaq bu qayda hər kəs üçün keçərli deyil. Sadəcə, dövlət universitetində təhsil alan şəxsləri əhatə edir. Çünki ABŞ-da xüsusən universitetlərdə cinsi cinayətlərin faizi diqqətçəkən şəkildə yüksəkdir.

kadına şiddet ile ilgili görsel sonucu

Amerikanın keçmiş prezidenti Barak Obama məhz bu mövzuda müəyyən çıxışlar etmişdi. Ağ Ev 2014-cü ilin sonunda məktəb yoldaşları tərəfindən cinsi zorlama ilə qarşı-qarşıya qalanların səssiz qalmaması üçün çağırış etmişdi.

 

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında isə cinsi cinayətlər çox ağır cəzalara məruz qalır. Təcavüz cinayətinin cəzası edamdır. Amma cəzanın miqyası, təcavüz edənin evli və ya subay olmasına görə dəyişir. Evli kişilər sərt cəzalar alır. Amma Səudiyyə Ərəbistanında qurbanın təcavüz zamanı aktiv durumda olduğu təsdiqlənərsə, qurban da cəza ala bilər. Ərindən qeyri bir şəxslə görüşdüyü zaman təcavüz baş tutarsa, bu halda qadın da həbsə göndərilə və ya qamçı cəzası ala bilər. Bir çox ərəb ölkələrində təcavüz edən şəxs evli olduğu halda cəza ala bilir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir