uz derisi

Qışda dəriyə qulluq qaydaları

Baxış sayı: 540

Sağlamlıq dəridən başlayır. Ona görə də fəsildən asılı olmayaraq onun təravətli və gözəl görünməsinə çalışmaq lazımdır. Qış aylarında dərinin quruması hər kəsin üzləşdiyi problem ola bilər. Dəri quruluğunun müxtəlif səbəblərdən yaranması mümkündür.

Dərinin qurumaması üçün görülməli tədbirlərdən bəhs edən kosmetoloq Zəhra Mütəllibova aşağıdakıları dedi: “Qış aylarında dəri mütləq nəm saxlanılmalıdır. Bu, həm yağlı, həm quru, həm də həssas dərilərə aiddir. Dəri üzərində SPF kremlərlə qoruyucu qat yaratmaq lazımdır. Həmin krem yay fəslində Günəş şüalarından qorumaqla yanaşı, qış fəslində də dəridə qoruyucu qat yaradır. Bu sahədə olan yanlışlıqlardan biri də isti duş qəbuludur. İsti duş dəridə olan quruluğu daha da qabardır”.

Onun dediyinə görə, təkcə üz dərisi deyil, orqanizmin xarici mühitlə təmasda olan əl və saç dərisi də quruya bilər. Ona görə də nəmləndirici kremdən istifadə etmək çox vacibdir.

Qışda ev şəraitində dəriyə qulluq etmək qaydaları barədə danışan kosmetoloq sadə bir resept də təklif edib: “Bir ədəd alma rəndələnir, onun üzərinə bir xörək qaşığı kəsmik əlavə edilib qarışdırılır, üzə maska çəkilərək 15-20 dəqiqə saxlanılandan sonra soyuq su ilə yuyulur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir